Magazin1
Fuad Poladov teatrdan getməsindən DANIŞDI: "Təəssüf və təəccüb doğurur"
Xalq artisti Fuad Poladovun çalışdığı teatrdan getməsi ilə bağlı xəbərlər yayılıb.
Aktyorun Akademik milli dram teatrından işdən çıxarılan aktyor Hikmət Rəhimova dəstək məqsədilə bu addımı atdığı deyilir.
Bu barədə Hikmət Rəhimov feysbukda məlumat verib: “Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə oradakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.
Məsələ ilə bağlı Fuad Poladovla əlaqə saxladıq.
Bu barədə danışmaq istəmədiyini israrla söyləsə də, Xalq artisti Hikmətin yazdıqlarını eşidəndən sonra Publika.az-a bunları dedi: “Xəbərim yox idi, çox təsirləndim. Hikmət çox istedadlı və potensialı olan aktyordur. Hər bir teatr üçün fəxr olardı ki, Hikmət kimi bir istedadlı aktyorla çalışsın. Hər bir teatrın bəzəyi ola bilən belə bir aktyora qarşı atılan addım təəssüf və təəccüb doğurur. Mənim ona həmişə hörmət hissim olub və istedadına dəyər vermişəm. Fikirlərinə də hörmətlə yanaşıram”.
Cəvahir Səlimqızı
-
Cənubi Qafqaz22:00Ermənistanda ad dəyişikliyi - Süni İntellekt Nazirliyi yaradıldı
-
İdman21:48"Tvente" "Qarabağ"la oyunda hesabı bərabərləşdirdi - CANLI/YENİLƏNİR
-
Magazin121:00"Heç kəsin fikri mənim üçün önəmli deyil" - FOTO
-
İdman20:36“Qarabağ”ın yeni transferləri oyunu stadiondan izləyirlər
-
İKT18:48Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu
-
Avropa17:05Yunanıstanda Türkiyə həyəcanı: Müharibə olsa, Avropa bizi müdafiə edəcəkmi?
-
Rəsmi xronika15:43Prezident "Sabah" futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM
-
Region13:50Ermənistanda kilsə-hakimiyyət qarşıdurması: Spiker II Qaregini istefaya çağırdı







.jpg)
























.jpg)

.jpg)