İdman
"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
59-cu dəqiqədə "köhlən atlar"ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb.
Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.
Beləliklə, ardıcıl 12 mövsümdə avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası da qırılıb.
22:44
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda beşinci qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi daha da artırıb - 4:1.
Əlavə vaxtda, 115-ci dəqiqədə Yunes Taha fərqlənib.
xxx
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda dördüncü qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi artırıb - 3:1.
Əlavə vaxtda, 94-cü dəqiqədə Vaut Veqhorst fərqlənib
xxx
22:05
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar 90+2-ci dəqiqədə hesabda önə keçib - 2:1.
Maks Bryuns fərqlənib. Əsas vaxt bu hesabla yekunlaşıb.
Niderlanddakı matçda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazandığı üçün görüşdə əlavə vaxta ehtiyac duyulub.
xxx
21:48
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, qonaqlar 80-ci dəqiqədə hesabı bərabərləşdiriblər - 1:1.
Marko Pyatsa fərqlənib.
xxx
21:30
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
xxx
20:12
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyunu başlayıb.
Publika.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Görüş hava şəraiti ilə əlaqədar 15 dəqiqə gec start götürüb.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi








.jpg)




























