Aybəniz Haşımova Tahir Əkbər haqqında heç kəsin bilmədiyi SİRRİ AÇDI
Bizi izləyin

Magazin1

Aybəniz Haşımova Tahir Əkbər haqqında heç kəsin bilmədiyi SİRRİ AÇDI

Əməkdar artist Aybəniz Haşımova dünən vəfat edən Azərbaycanın tanınmış bəstəkarı, Əməkdar incəsənət xadimi Tahir Əkbər haqqında ürək sözlərini bölüşüb.

Publika.az xəbər verir ki, A.Haşımova yaxın dostunun ölümündən çox sarsıldığını və özünü çox aciz hiss etdiyini söyləyib:

“Neçə ildir ki, Tahir müəllim sağlamlığında çox ciddi problemlər yaşayırdı. İlk beyin əməliyyatından sonra vəziyyəti dəyişkən idi, lakin insan bütün hallarda özünə bir ipucu axtarır ki, ümidlərini öldürməsin. Bu ümid onun özünü də, sevənlərini də möcüzəyə inandırırdı. Möcüzələrin baş verməsinə həm inanırdım, həm də...

Onu hər dəfə o vəziyyətdə görəndə ürəyim tab gətirmirdi, evə gəlib otağımda xısın-xısın ağlayırdım... Ona kömək edə bilmədiyimçün çox üzülürdüm. Kaş ki, əlimdə olsaydı və onu əzrailin əlindən alardım... Amma mümkünsüz idi, atam da, belə olmuşdu ondan bilirdim”.

Əməkdar artist daha sonra sənətkara göstərdiyi dəstəyə görə Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib:

“Sənətkarın susması bilirsinizmi necə dəhşətdir? Özü də belə sənətkarın! Sevimli Mehriban Əliyeva ona ilk yardım əlini uzadandan sonra çox sevinmişdi. Hətta özü də inanırdı ki, ölməyəcək! Necə ürəkdən inanmışdısa, səsinin, dilinin tutulmasına baxmayaraq, nələrsə deməyə çalışırdı. Mehriban xanıma olan minnətdarlığını olmayan dilinin ürək səsiylə, sevinc hissiylə bildirməyə çalışırdı. Bu da son, canı qurtuldu bu vəfasız dünyadan... Onu nəğmələri yaşadacaq.

Arzu edirəm ki, yaradıcılığına bir gün layiq olduğu yüksək mükafatlar veriləcək. Kaş ki, sağlığında görəydi ki, əvəzsiz nəğmələrinə görə yüksək mükafatla təltif olunur. Kaş ki, özündən qat-qat aşağı olan musiqimizə zorla sırınan o mükafatları əldə edənlərin yanında boynu bükük qalmayaydı”.

Mərhum sənətkarın yaxın dostu olan Aybəniz xanım daha sonra “Xalq ulduzu” yarışması ilə bağlı xatirələrini paylaşıb:

“Yaxşı xatırlayıram, Xalq ulduzu yarışmasının hansısa ilində fəxri ada layiq görülmüşdüm. Mənə dedi ki, daha bu ildən yarışmaya qatılmayacağam. Sual verdim ki, niyə? O, “hamınızın fəxri adı var, amma mənim yox. Sizin yanınızda pərt olacağam, gəlməsəm, daha yaxşı olar” , - deyə bildirdi.

Tahir bəy bunu deyəndə çox üzülmüşdüm və ona təsəlli verməyə çalışdım ki, narahat olmasın, aparıcıdan xahiş edəcəm ki, fəxri adımı efirdə səsləndirməsin. Sən bircə gəl...

Bu da son, GETDİ...

Heç olmasa son anında layiq olduğu fəxri xiyabanda dəfn edilsin. Allaha da xoş gedər”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm