Magazin1
Qızı Tahir Əkbərin son anlarını ANLATDI: “Bunu deyəndə gözlərindən yaş axdı...” - FOTO
Görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Tahir Əkbərlə keçirilən vida mərasimində iştirak edən qızı Bəhriyyə atası haqqında ürək sözlərini Publika.az-la bölüşüb:
“Atam noyabrın ikisində insult keçirdi, nə danışa, nə də ki, yaza bilirdi. Heç mənə vəsiyyət etməyə imkanı olmadı. Amma son anına qədər yanında oldum. Səhhəti dünən lap pisləşdi, bununla belə ümid edirdim ki, bəlkə möcüzə baş verər, bəlkə sağalar...
Son anlarında atamın yanına gedib ona söz verdim ki, əsərlərinə sahib çıxacağam. Ona musiqilərini nəinki Azərbaycanda, bütün türk dünyasında yaşadacağıma söz verdim. Bu sözləri deyəndə atamın gözlərindən yaş axdı, ağrımızı o da hiss edirdi. Sonuncu sözlərim o oldu ki, ata səni çox sevirəm, bilirəm ki, vidalaşmaq hamımız üçün çox çətindir. Atam olmadan yaşamaq çox ağırdır, amma onun əsərlərinə görə yaşamalıyam.
Heyf ki, vəsiyyət edə bilmədi, son sözünü deyə bilmədi, bununla belə bir övlad kimi öz borcumu yerinə yetirdim. Atamı hələ nə qədər dinlənilməyən musiqiləri var, onların hər biri dəryadır. Yavaş-yavaş üzə çıxaracam”.
Aytən,
Foto: Elnur Muxtar
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki








.jpg)




























