Magazin1
“Arzuların ardınca” filminin qala gecəsi oldu - FOTOLAR
Nizami Kino mərkəzində “Arzuların ardınca” filminin premyerası baş tutub.
Publika.az xəbər verir ki, təqdimat mərasimində tanınmış mədəniyyət və kino xadimləri iştirak edib.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Ramil Ağasiyev, operatoru Şahmar Səfəroğludur.
Filmin süjet xəttinə gəlincə, hələ uşaq ikən atası tərəfindən atılmış Kamil tənha yaşayır. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir. Bu vəziyyətdə sevgilisi onu atıb gedir. Xəstəxanada xərçəng xəstəliyinə tutulduğunu öyrənən Kamilin Arzu ilə görüşü yeni həyatın başlanğıcı olur. Evli olan Arzu da Kamil kimi ölümcül xəstəliyin caynağında çarpışır. Xəstəxanada Kamillə toqquşan Arzu səhvən Kamilin analizlərini götürüb evinə qayıdır. Xəyalları alt-üst olan Arzu xəstəliyini ərindən gizlətmək qərarına gəlir. İlk görüşdə bir-birini, düşdükləri vəziyyəti anlamağa çalışan gəncləri daha bir xüsusiyyət birləşdirir. Onların həyata keçirmək istədikləri sonsuz arzuları var. Arzu ailəli olduğu üçün görüşdən yayınmaq istəsə də, daxilən arzularını həyata keçirmək istəyir. Kamil və Arzu ölmədən öncə bir-birinin istəkləri üçün yaşamağa qərar verirlər.
Yaradıcı heyət ekran əsəri barədə fikirlərini bölüşüb:
“İlk tammetrajlı filmim olduğu üçün burada çox arzum gerçəkləşdi. Burada təkcə baş qəhrəmanlar olan Kamil və Arzunun deyil, bütövlükdə çəkiliş heyətinin, kamera arxasında olan insanların arzuları var. Bu iş çox əziyyətlə başa gəldi.”-filmin rejissoru belə deyib.
Xatırladaq ki, melodram janrında lentə alınmış “Arzuların ardınca” filminin informasiya dəstəkçisi Publika.az-dır.
Cəvahir
Foto:Rəşad Abbasov
-
ABŞ04:30ABŞ Hörmüz boğazını ələ keçirə bilər
-
Ekopublika.az03:19Neft yenidən ucuzlaşmağa başladı
-
Region02:18Pezeşkian Ərdoğanla danışdı: Buna hazırıq
-
Qoroskop01:40Günün ulduz falı: səbr ən güclü silahınız olacaq
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları






.png)



























