Ərindən boşanan 32 yaşlı gözəl özünə milyarder sevgili tapdı - FOTOLAR
Bizi izləyin

Magazin2

Ərindən boşanan 32 yaşlı gözəl özünə milyarder sevgili tapdı - FOTOLAR

Miranda Kerr gənc sevgilisi Evans Şpigel ilə görüntülənib. Avstraliyalı model aktyor həyat yoldaşı Orlando Blumdan ayrıldıqdan sonra axır ki, öz yarını tapıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən çox qazanan modellərindən biri olan 32 yaşlı və bir uşaq anası Miranda Kerr Evans Şpigel ilə Los Anceles hava limanında obyektivlərə tuş gəlib.

Cütlük hava limanında olduğu müddətdə əllərini bir an olsun bir-birindən ayırmayıb. 25 yaşındakı Evans Şpigel ilə Miranda Kerrin olduqca xoşbəxt görünməsi diqqətdən yayınmayıb.

Xatırladaq ki, Miranda Kerrin yeni sevgilisi Evans Şpigel “Forbes” jurnalının hazırladığı reytinqdə ən gənc milyarderlər sırasında yer almışdı.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm