Özcan Dəniz Nurgül Yeşilçayı qucağına aldı – FOTOLAR
Bizi izləyin

Magazin2

Özcan Dəniz Nurgül Yeşilçayı qucağına aldı – FOTOLAR

Özcan Dənizlə Nurgül Yeşilçay 13 il sonra yenidən tərəf müqabili olublar.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, illər əvvəl "Asmalı Konak" serialı ilə böyük populyarlıq qazanan Nurgül Yeşilçayla Özcan Dəniz “İkinci şans” adlanan filmdə yenidən tərəf müqabili olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin çəkilişləri artıq başlayıb.

Filmin rejissoru isə Ö.Dənizdir. O, filmin ssenarisini 7 il əvvəl yazdığını, ancaq Nurgülün və özünün rola uyğun gəlməsi üçün gözlədiyini deyib. Deyilənlərə görə, Özcan bu filmi aktrisanın 40 yaşı münasibəti ilə ona hədiyyə edib.

Nurgül Yeşilçayla Özcan Dəniz bir vaxtlar sevgili olublar. Ayrıldıqdan sonra uzun müddət görüşüb danışmayıblar. Hətta sevilən aktrisa illər əvvəl Özcanın filmə çəkilmək təklifini də rədd etmişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm