Ukrayna “Eurovison 2017” müsabiqəsindən imtina edir?
Bizi izləyin

Magazin2

Ukrayna “Eurovison 2017” müsabiqəsindən imtina edir?

Ukraynanın maliyyə naziri Aleksandr Danilok “Eurovison 2017” müsabiqəsini Ukraynada deyil, başqa ölkədə keçirilməsini təklif edib.

O, bu barədə “Экономической правде” (İqtisadi həqiqət) adlı köşəsində yazıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, maliyyə naziri büdcə haqqında düşünməli olduğunu deyib: “Mən imkanlarımızı ayıq başla qiymətləndirməyə çağırıram və xatırladıram ki, "Eurovision" layihəsi üçün əsaslı maliyyə olmalıdır. Milyard qrivna çox böyük məbləğdir”.

Nazirin sözlərinə görə, İsveç “Eurovison 2016” müsabiqəsinə 43 milyon dollar, yaxud 1 milyard qrivna sərf edib. O xatırladıb ki, müsabiqənin qaydaları ilə çox yaxşı tanışdır: “Məsələn, 1960-ci ildə Fransa müsabiqənin Böyük Britaniyada keçirilməsini təklif etdi və bu, qəbul olundu. Əgər biz bu müsabiqəni keçirməyə qərar veririksə, onda özümüz üçün müəyyənləşdirməliyik ki, bunu biz niyə edirik və bunun dövlət üçün xeyri nə olacaq".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm