• USD 1,7021 0,00% EUR 1,9133 +0,54%
    • GBP 2,2098 +0,06% RUB 0,0302 0,00%

Vera Brejnevanın möhtəşəm BAKI konsertindən FOTOLAR

  • Magazin2
  • 21 Aprel 2017 14:45
  • 645 Baxış
Vera Brejnevanın möhtəşəm BAKI konsertindən FOTOLAR

“Təyyarəmiz axşam çatdığı üçün şəhəri müşahidə edə bilməmişdim. Odur ki, səhər yuxadan duran kimi tanışlıq üçün balkona çıxdım və Bakıya heyran qaldım. O qədər gözəldir ki, oturub saatlarla sadəcə şəhərin mənzələrinə baxmaq və heç bir iş görmək istəmirsən. Amma bu şəhəri gözəl edən onun istiqanlı və qonaqpərvər sakinləridir. Sizi sevirəm! Nə yaxşı ki, gəlmisiniz!”

Publika.az xəbər verir ki, bu sözləri dünən Heydər Əliyev Sarayında “НОМЕР 1” adlı möhtəşəm konsert proqramı ilə çıxış edən ukraynalı müğənni Vera Brejneva deyib. Konserti “Доброе утро” mahnısı ilə açıq elan edən ifaçı daha sonra təəssüratlarını bölüşüb.

“Bəli, bir neçə günlük Bakının qonağıyam, amma bu bir saat ərzində sarayın sahibi mən, siz isə mənim qonaqlarım olacaqsınız. Narahat olmayın, xeyirxah ev sahibiyəm, zalda oturan hər kəsə əylənməyə, rəqs etməyə, çoxlu şəkil və videolar çəkməyə icazə verirəm. Bu gecə bizimdir, ürəyiniz istədiyinizi edə bilərsiniz” - deyərək müğənni tamaşaçılarını həvəsləndirdi.

Daha sonra pərəstişkarlarını bir daha salamlayaraq “Любовь в большом городе” mahnısı ərmağan etdi. Ulduz növbəti səsləndirdiyi “Бессонница” mahnısı ilə gecənin qonaqlarını həzin bir yaz günündə nağıllar aləminə apardı:

“İki insan bir-birinin xoşuna gələndə eyni dalğada olur. Bu zala da məni sevən və mənim dalğamda olmaq istəyənlər toplaşıb. Gecəni mənə hədiyyə etdiyiniz üçün sizə təşəkkür edirəm. Bakını gəzməyə hələ ki, imkanım olmayıb. Gəlin elə təssəvvür edək ki, mahnılarımın sadəları altında siz və mən şəhəri gəzməyə çıxmışıq.Yuxusuz qalmağa nə deyirsiniz?”.

Mahnının melodiyalarından asılı olaraq dəyişən səhnə dekorasiyası və sayrışan işıqların fonunda rəqs edən ulduzun plastikası konsertin ən yaddaqalan məqamları idi. Yeri gəlmişkən, Vera Brejnevanı müşayiət edən rəqs qrupunu vurğulamasaq, olmaz.

Veranın bir-iki mahnıdan sonra paltarını dəyişməsi onu göstərirdi ki, o, bu kosertə həm uzun müddət, həm də yüksək səviyyədə hazırlıq görüb. Səhnə kostyumlarını dəyişmək üçün kulisə keçən və cəmi bir neçə saniyədən sonra qayıdan ulduzun peşəkarlığına təəccüb etməmək əldə deyildi. 1 saat ərzində 6 parlaq səhnə kostyumu dəyişməsi konsertə ayrı bir rəngarənglik qatdı.

Dəfələrlə Rusiyanın “Seks simvolu” seçilən ulduzun gözəlliyi tamaşaçıları və məni o qədər valeh etmişdi ki, musiqini ahənginə qapılıb onu müşayiət etməyə çəkinirdik. İfaçı tamaşaçıların utandığını və çəkindiyini sanki hiss edirdi. Sevgi və heyranlıqdan doğan utancaqlığı aradan qaldırmaq üçün ifaçı “Nirvana” mahnsı ilə tamaşaçıları öz emosiyalarını gizlətməməyə dəvət etdi və əlbəttə ki, peşəkarlıq öz sözün dedi. Odur ki, heç kim sakit dayanmaq istəmir, ya ayaqüstə, ya da yerində mümkün olduğu və bacardığı qədər rəqs etməyə çalışırdı.

Bakıda solo konsertlə çıxış etməyi çoxdan arzulayan ulduz burada olmaqdan məmnunluğunu dilə gətirməyi unutmadı. Bakıda gördüklərini heç yerdə görmədiyini deyən Vera şəhərimizi postsovet məkanında nömrə bir adlandırdı və “Номер 1” də doğma şəhərimizə həsr etdi.

Müğənni dinamik və oynaq mahnılarını kor-koranə oxumur, musiqi və sözlərin onda yaratdığı təəssüratları tamaşaçılarla bölüşürdü. Məsələn, “Любовь на расстоянии” kompozisyası haqqında fikirlərini belə ifadə etdi:

“Sözlər, hərəkətlər zaman keçdikcə unudulur və yalnız hiss etdiyimiz müsbət emosiyalar yaddaşımızda həmişəlik qalır. Bu emosiyaları təsvir etmək, çatdırmaq və unutmaq mümkün deyil! Ötən illər göstərir ki, sevgi həqiqətən də mövcuddur. Sabah mən gedirəm, sevgim isə sizinlə qalacaq”.

"Baku Shopping" festivalından xəbər tutan ulduz hər bir xanım kimi alış-veriş etməyi çox sevdiyini “Бриллианты” kompozisiyası vasitəsi ilə elan etdi:

“Şopinq festivalına gedən var? Təəssüf ki, getməyə imkanım olmadı, mənim yerimə də alış-veriş edin, qızlar. Görəsən, orada ucuz brilyantlar var? Axı brilyantlar qızların ən yaxşı dostlarıdır. Əminəm ki, qızlar məni dəstəkləyəcək. “Бриллианты” mahnısını qızlar üçün oxusam da, əsas mesaj kişilərə ötürülür. Kişilər, yəqin ki, nə demək istədiyimi başa düşdünüz”.

Müğənni zarafatla ifasını "Bilyantlar qızların ən yaxın dostlarıdır" sözləri əvəzinə "Qızların ən yaxın dostları azərbaycanlılardır" ilə başladı. Sözsüz ki, bu nitqdən sonra nəqarətə laqeyd qalmaq mümkün deyildi. Xanım tamaşaçılar bu mahnıda ulduzu əvvəldən sonacan müşayiət etdilər, kişilər isə sadəcə təbəssümlə cavab verməklə kifayətlənməli oldu.

Konsertin sona yaxınlaşdığını hiss edən, lakin onun bitməsini istəməyən tamaşaçılar rəqs etməyə, gecənin qəhrəmanını alqış yağışına tutmağa davam edirdi. Vera isə səxavətlə bütün müsbət emosiya və pozitv enerjisini dinləyicisinə ötürməyə çalışır, təsiredici ifaları ilə dəqiqələrin daha yaddaqalan olması üçün əlindən gələni edirdi.

Müğənni bu konsertdə populyar mahnıları ilə yanaşı, Rusiyada məşhur olan “Оттепель” və “Помоги Мне” kompozisiyasını özünəməxsus şəkildə yenidən səsləndirdi.

Məlum məsələdir ki, zalın aktiv olmasını müğənnini daha da ruhlandırır. Elə Vera da “Хороший день” mahnısı ilə günün onun üçün əla keçdiyini bildirdi və ona gül gətirən dinləyicilərinə eşqini etiraf etdi.

Növbəti dəfə V.Brejneva sözləri özünə aid olan “Девочка моя” mahnısını səsləndirməzdən əvvəl hər bir qadının arxalana biləcəyi və istənilən vəziyyətdə “Unutma ki, mən hər zaman sənin yanındayam” deyə biləcək güclü kişi çiynininə ehtiyac duyduğunu xüsusi olaraq vurğuladı. Və qonaqları lirik notlara kökləyib unudulmaz dəqiqələr yaşatdı.

İnanılmaz isti aura ilə qarşılandığına görə tamaşaçılara minnətdarlığını bildirən ulduz konserti “Любовь спасет мир” mahnısı ilə bağladı və onları çox intizarda saxlmayacağını deyib növbəti görüşə vəd verdi. Tamaşaçılar da öz növbəsində Veranı ayaqüstə alqışlayaraq yola saldı.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR