Ancelina Coli GİZLİNLƏRİNİ AÇDI: “Uşaqlarımından gizli duşda...” - - FOTO
Bizi izləyin

Magazin2

Ancelina Coli GİZLİNLƏRİNİ AÇDI: “Uşaqlarımından gizli duşda...” - - FOTO

Ancelina Coli Bred Pittlə boşandıqdan sonra keçirdiyi hisslərindən danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hollivudun sevilən aktrisası “Vanity Fair” jurnalının növbəti sayının qonağı olub. Jurnala şəxsi həyatı və uşaqların vəziyyəti haqqında geniş müsahibə verən film ulduzu həm də yeni fotolar çəkdirib. O, ən çətin dövrü artıq başa vurduqlarını bildirib:

“Ən çətin dövrü yaşadıq, indi isə təmiz havaya çıxmaq kimi adi hadisələrdən sevinirik. Yeni ev bizim üçün irəliyə addımdır. Biz ailədə sağlam mühiti bərpa etmək üçün çalışırıq. Bizim həyat tərzimizin heç kim üçün problem və mənfi təsiri olmayıb. Oğlanlarımızla qızlarımız düşüncəli və dünyəvi insanlar kimi böyüyüb. Mən onlarla çox fəxr edirəm. Keçmişdə aldığımız yaralardan sonra artıq biz hamımız yüngülləşmişik. Mən boşanmanı nəzərdə tutmuram, həyatda olan bəzi hadisələri deyirəm".

Yeri gəlmişkən qeyd edək ki, ötən il Bred Pittlə boşanma aktrisanın həyatında yeganə sarsıntı olmayıb. Aktrisanın üz sinirinin iflici inkişaf edib, üstəlik onun başında ağ saçlar çoxalıb, dərisi isə daha quru olub:

“Bunlarn nədən baş verdiyini dəqiq bilmirəm, menopauza və ya sadəcə ağır il. Bəzən qadınlar səhhətində problem yaranana qədər ailədə özü haqqında unudurlar. Əslində mən özümü əsl qadın kimi hiss edirəm, çünki hər seçimi ağılla edirəm, birinci yerə hər zaman ailəmi qoyuram, eləcə də öz həyatıma və sağlamlığıma görə cavab verirəm. Düşünürəm ki, məhz bu, qadınların həyatını tam həyatı edir”.

Ayrılma qərarından sonra Coli bütün uşaqları ilə birlikdə yeni ev alana qədər kirayədə yaşadığını açıqlayıb. Aktrisa həyatına yeni başlanğıc etmək üçün Los-Ancelasdan 25 milyon dollara malikanə aldığını və bir həftə əvvəl yeni evinə köçdüyünü söyləyib:

“Ayrılığın öhdəsindən gəlmək üçün özümü ev işlərinə həsr edirdim, bütün gün uşaqlarımla vaxt keçirirdim. İtlərə baxdım, çirkli qabları yudum və uşaqlarıma yatmazdan əvvəl nağıl oxudum. Bu kimi hallarda uşaqların gözləri qarşısında deyil, duşda ağlamağa üstünlük verirəm. Siz əmin olmasanız belə, onların hər şeyin yaxşı olacağını düşünməsi çox mühümdür".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm