Bilgi.az
Makiyaj fırçası gənc qızı iflic etdi - FOTOLAR
27 yaşlı Jo Gilşrist adlı qızın həyatı ən yaxın rəfiqəsinin makiyaj fırçasından istifadə etdiyi üçün kabusa çevrilib. Publika.az "Daily Mail"-ə istinadən xəbər verir ki, Jo üzündəki sızanağı gizləmək üçün tonal kremdən istifadə edərkən rəfiqəsinin makiyaj fırçasından istifadə edib. Rəfiqəsinin üzündə stafilokok bakteriyasının olduğu onun ağlına belə gəlməyib.
Sızanağın içərisinə daxil olan bakteriyalar bir müddət sonra orqanizmdə yayılıb və qızın onurğasına zərər verib. Dəhşətli ağrılarla xəstəxanaya aparılan Joya antibiotiklər vurulsa da, həkimlər onu iflic olmaqdan xilas edə bilməyiblər.
Kiçik bir səhv üzündən əlil arabasına məhkum olan qız hələ də özünü bağışlaya bilmir.
Qeyd edək ki, alimlər stafilokok bakteriyasının bir çox insanın dərisində yaşadığını bildirirlər. İmmuniteti zəif, allergiyaya meyilli insanlarda ciddi infeksiyalara səbəb olur. Mütəxəssislər gigiyenik qaydalara əməl etməyi və başqalarının şəxsi əşyalarından istifadə etməməyi məsləhət görürlər.
Ləman Sultan
-
Nida Xəbər 12:24Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
-
Nida Xəbər 12:05TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir
-
Sosial11:26Bu şəxslərin əməkhaqları artırılır - FOTO
-
Rəsmi xronika11:16İlham Əliyev Vyetnam Prezidenti To Lama təbrik məktubu göndərdi
-
Dünya11:08Medvedyevdən Almaniyaya açıq hədə: Berlindəki hədəflər də vurula bilər
-
MDB10:32Zelenski Rusiyaya cəhənnəm vəd etdi: Onların sayı o qədər çox olacaq ki...
-
MDB10:08Zelenski Avropa siyasətçilərinə niyə hücum edir? - Keçmiş sözçüsü AÇIQLADI
-
Sosial10:0210 nömrəli avtobusla bağlı şikayət: "1 saatdır yoldayam"



















.jpg)








.jpg)










