Maraq dünyası
Dünyanın ən güclü terror təşkilatları - SİYAHI
1. Boko Haram
Məhəmməd Yussuf tərəfindən 2002-ci ildə Nigeriyanın Borno ştatında
yaradılan terror təşkilatı Boko Haram, şəriət tərəfdarı radikal
islamçılardan ibarətdir. Vəzifə kimi minlərlə insan və məscidi
xaric (ümumiyyətlə, kilsə) ibadətgahları yandıran Boko Haramın ən
fəal olduğu 2006-2011-ci illərdə gəlirinin 70 milyon dollar olduğu
güman edilir.
2. Leşker-i Tayyibe
Kəşmiri Hindistanın işğalından azad etmək üçün Pakistanın dəstək
verərək qurmuş olduğu 1990-ci il təvəllüdlü terror təşkilatının
qayəsi islamdır. Məqsədləri islamı yaymaq olan Leşker-i Paya hər il
aldığı ianələrlə gəlirini təxminən 100 milyon dollarlarda sabit
saxlayır. Ən məşhur aksiyalarından biri də 2008-ci ildə Bombeydə
həyata keçirdikləri aksiyadır.
Təşkilat rəhbəri Hafiz Səidin başı üçün 2012-ci ildə ABŞ 10 milyon
dollar mükafat qoymuşdu.
3. FARC
Kolumbiya İnqilabçı Silahlı Gücləri — Xalq Qoşunu mənasına gələn
Kolumbiyadakı partizan təşkilatı FARC, dünyanın bir çox yerində
terror təşkilatı kimi tanınır. 1960-cı illərdə Kolumbiya Kommunist
Partiyasının hərbi qolu olaraq yaradılan bu təşkilat qısa zaman
sonra siyasətdən ayrıldı və silahlı hərəkətlərə başladı.
1980-ci illərdə gəlirlərini artırmaq üçün kokain ticarətinə girdiyi deyilən təşkilatda kişilər qədər qadınlar da iştirak edir. 2002-ci ildə üzv sayı 16.000 civarında təxmin edilən təşkilatın günümüzdə iştirakçılarının sayı azalıb kimi şayiələr gəzsədə pul baxımından olduqca yaxşı vəziyyətdədirlər. Mənbələrə görə FARC kokain ticarəti sayəsində illik 1 milyard dollarlıq gəlir əldə edir. Təşkilatın təsisçi 2008-ci ildə həyatını itirən Manuel Marulandadır.
4. Əl-Qaidə
1980-ci ildə Usame Bin Laden tərəfindən yaradılan Əl-qaidə
törətdiyi terror aktları dünyanın ən qanlı və ən məşhur terror
təşkilatlarının başında gəlir. Yüksək səviyyəli intihar hücumları
və xüsusilə Dünya Ticarət Mərkəzinə etdikləri hücumla dünyaya
adlarını tanıtdılar. Ladenin ölümündən öncə illik gəliri 15-20
milyon dollar olan islamçı təşkilatın indilərdə gəlirdi yüksək
ianələr sayəsində 100 milyon dollara çatııb.
5. Taliban
Əfqanıstanda yaradılan bu sünni islam terror təşkilatının tarixi
Sovet-Əfqan müharibəsinə əsaslanır. Sovetlərin Əfqanıstandan
çəkilməsindən sonra ölkənin rəhbərliyinə keçən Talibanın üzvləri
əsasları Pakistanda atılmış peştun qaçqınlarından ibarətdir.
Daha sonralar terror aktlarını çoxaldan Taliban, bundan başqa oğurluq və narkotik ticarəti kimi bir çox qanunsuz işlərlə gəlir əldə edirlər. Talibanın ən təsirli hücumlarından biri 2007-ci il hücumunda ilk dörd ayda 1700 Əfqan polisi öldürdükləri güman edilir. Təşkilatın illik gəliri orta hesabla 400 milyon dollardır.
6. IRA
Açılaması İrlandiya Respublika Ordusu olan IRA, ideologiya olaraq
Şimali İrlandiyanın Britaniyadan müstəqil olduğunu müdafiə edir.
Silah qaçaqmalçılığı və Avropanın peşəkar qara pul təmizləmə
təşkilatı olaraq da bilinən IRA 1969-cu ildə yaradılıb.
2005-ci ildə silahlı hərəkətlərini dayandıracaqlarını açıqlayan IRA nümayəndələri ideologiyalarını yalnız siyasi yolla həyata keçirmək sözləri vermiş olsalar da, 4 il sonra iki İngilis əsgərini öldürməsi ilə yenidən terror təşkilatı siyahısına girməyi bacardılar. Pul yuma və qaçaqmalçılıqla yanaşı soygunvə narkotik kimi işlərlə məşğul olan təşkilat bu hərəkətləri sayəsində ildə 450 milyon dollar gəlir qazanır.
7. ISIS
İndilərdə dünyanın ən populyar və ən qanlı təşkilatlarından biri
olan ISIS adı digər adı ilə İŞİD (İraq — Şam İslam Dövləti)
ideologiya olaraq İraq və Suriyada islam dövləti qurmağı qarşısına
məqsəd qoyur. Əksəriyyəti sünni islamçı qrupdan ibarət olan İŞİD-in
başda Türkiyə olmaq üzrə bir çox ölkələrdə həyata keçirdiyi terror
hücumları son zamanlar gündəmdən düşmür.
Özlərinə müəyyən etdikləri islami qaydalara görə hərəkət edən İŞİD 2004-cü ilə qədər Əl-qaidənin bir qolu olmuş, lakin daha sonra müstəqilliyini elan edərək yaxın şərqə qorxu salır. İŞİD-in illik orta hesabla 2 milyard dollarlıq gəlirə malik olduğu bilinir. (bildirchin.az)
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat