Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünə yekun vurub
Bizi izləyin

Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı 87-ci teatr mövsümünə yekun vurub

Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan teatrın direktoru, əməkdar artist, ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatrımız arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verib.

Direktor 87-ci teatr mövsümünün nailiyyətləri ilə yanaşı, yeni mövsüm üçün nəzərdə tutulmuş yaradıcılıq planlarından, hazırlanacaq tamaşalar, beynəlxalq qastrol və festivallar, yeni layihələrdən danışıb.

Daha sonra Teatrın və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mövsümi teatr mükafatı öz sahiblərinə təqdim olunub.

Qaliblərə xüsusi priz, diplomlar və pul mükafatları verilib.

Mükafatlandırma mərasimindən sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, teatrın 88-ci teatr mövsümünə cari ilin sentyabrın 18-də Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” tamaşası ilə start veriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm