Çingiz Abdullayevə 37200 manatlıq mükafat verildi
Bizi izləyin

Mədəniyyət

Çingiz Abdullayevə 37200 manatlıq mükafat verildi

İyunun 6-da MDB-nin mədəniyyət paytaxtı olan Voronejdə "Birlik ulduzları" altıncı humanitar mükafatın təqdim olunması mərasimi keçirilib.

Publika.az xəbər verir ki, bu il humanitar fəaliyyət nominasiyasında laureat Azərbaycan yazıçısı, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev olub. Mükafatın məbləği iki milyon rubl (37200 manat) təşkil edib.

"Birliyin ulduzları" mükafatı 2009-cu ildə Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin humanitar əməkdaşlıq dövlətlərarası fondu tərəfindən təsis olunub. Mükafata hər il humanitar fəaliyyət sahəsində ən əhəmiyyətli nailiyyətlərə görə MDB ölkələrinin nümayəndələri layiq görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm