Albalı piroqu - Resept
Bizi izləyin

Mətbəx

Albalı piroqu - Resept

Publika.az-ın mətbəx bölməsi əvəzolunmaz dadı olan albalı piroqunun reseptini təqdim edir:

Xəmir üçün inqrediyentlər:

2 yumurta

1/2 çay qaşığı duz

1 stəkan kefir və ya 2 stəkan qatıq

100 qram marqarin

1 çay qaşığı qabartma tozu

250 qram və ya bir az çox un, xəmir xama konsitensiyasında olmalıdır

100 qram şəkər tozu

Bir paket vanilin

İçlik hazırlamaq üçün:

450 qramlıq dondurulmuş və ya təzə albalı

Şəkər

Hazırlanma qaydası:

Yağı şəkərlə çalın, yumurta, kefir, un, vanilin, qabartma tozu əlavə edin. Xəmiri yağlı kağız sərilmiş qaba tökün, üzərinə giləmeyvə, sonra şəkər tozu səpin.

30 dəqiqə 200 dərəcədə bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm