• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elnur Aslanovun himayə etdiyi KİV-lər - SİYAHI

  • Nida.az
  • 18 Mart 2014 10:56
  • 4 061 Baxış
Elnur Aslanovun himayə etdiyi KİV-lər - SİYAHI

Xəbər verdiyimiz kimi, ötən gün dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun tutduğu vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.

Publika.Az-ın məlumatına görə, sözügedən məlumat nəinki yerli mediada, hətta Türkiyə mətbuatında da gündəm yaradıb. Türkiyə mediası Elnur Aslanovun vəzifədən azad olunmasını nurçuların Azərbaycandakı əsas adamının işdən çıxarılması kimi təqdim ediblər.

Qısa araşdırmamız zamanı məlum olub ki, prezident İlham Əliyevin bu sərəncamı haqqında məlumat əksər yerli və Türkiyə mediasında yayılsa da, ancaq Elnur Aslanovun himayəsində olan bir neçə KİV-də bu barədə heç bir xəbər verilməyib və yaxud da sözügedən xəbər diqqət çəkməyən yerdə verilib.

Qeyd edək ki, “Yurd TV” internet televiziyası, “Bakupost” və “Bakraboçi” qəzetlər(internet portallaraı ilə birgə), “1 news.az, “Gun.az”, “ireli.tv”, “iradio.az” və digər bir neçə internet portalına Elnur Aslanov nəzarət edir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR