• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Xalq " və "Azərbaycan" qəzetləri AzərTAc-ı suçlayır

  • Nida.az
  • 19 Mart 2014 15:01
  • 1 161 Baxış
"Xalq "  və  "Azərbaycan" qəzetləri  AzərTAc-ı suçlayır

“Bizə sərəncam gəlməyib. Gəlsəydi, biz dərc edərdik”.Bu barədə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Publika.Az -a açıqlamasında PA-nın şöbə müdiri Elnur Aslanovun işdən çıxarılması ilə bağlı dövlət başçısının sərəncamının rəsmi qəzetlərdə dərc olunmamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün rəsmi xəbərlər AzərTAc dövlət agentliyi tərəfindən göndərilir: “Bizə göndərilən sərəncamlar arasında həmin sərəncam olmayıb. Əgər olsaydı, biz mütləq dərc edərdik”.

Qeyd edək ki, sözügedən sərəncam 17 mart tarixində agentliyin rəsmi saytında dərc olunub.
AzərTAc-ın baş direktorunun birinci müavini Dağbəyi İsmayılov isə mediaya açıqlamasında bu arqumentləri əsassız sayıb. O bildirib ki, bütün rəsmi məlumatlar mərkəzi dövlət qurumundan alınaraq, yayılır: “Bundan sonra hər bir mətbuat orqanı həmin məlumatı dərc edib-etməməsinə qərar verir. Bu artıq onun öz üzərinə düşən işdir. Yəni hər bir mətbu orqanın özünün müstəqil siyasəti var. Biz hansısa orqana deyə bilmərik ki, bunu verin, yaxud da niyə vermədin”.

Asif

15.01

“Prezidentin Elnur Aslanovun işdən azad olunması ilə bağlı sərəncamının “Xalq qəzeti”ndə çap olunmamasına səbəbkarı AzərTAc-dır”.

Bu barədə “Axar.az”a “Xalq qəzeti”nin məsul katibi İlqar Rüstəmov bildirdi. O, dövlət agentliyindən Elnur Aslanovun vəzifədən azad olunması ilə bağlı heç bir məlumatın göndərilmədiyini dedi: “AzərTAc-dan nə gəlirsə, biz onu çap edirik. Nəyin dərc olunub, nəyin olunmamasını biz həll eləmirik”.

AzərTAc rəsmi isformasiya agentliyində Prezident sərəncamının dərc olunduğunu xatırlatdıqda isə İ.Rüstəmov bildirdi ki, biz materialları saytdan yox, proqramla alırıq: “Bizə rəsmən nə göndərirlər, onu da çap edirik. Bizə rəsmi məlumatlar AzərTAc-dan proqram şəklində gəlir. Nə göndərirlər onu çap edirik”.

Qeyd edək ki, “Xalq qəzeti” birbaşa Prezident Administrasiyasına və şəxsən Prezidentə tabedir. Bu gün media martın 17-də verilən sərəncamın “Xalq qəzeti”ndə çap olunmadığı haqqında məlumat yaymışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR