
“Şübhəsiz ki, türk dövlətlərində də bu məfkurəyə könül verən
insanlar var. Bu insanların alnında məfkurə mənsubiyyəti
yazılmayıb. Qaldı ki sözügedən insanlar çalışdıqları qurumların
nizamnaməsinə və rəhbərliyinə tabedirlər. Vəzifə və səlahiyyətləri
qanunla müəyyən edilib. Bunun kimin və necə lehinə olduğunu, düzü,
mən bilmirəm”.
Publika.Az xəbər verir ki, Türkiyədə Xidmət hərəkatının və öz adını daşıyan dini icamnın lideri Fətullah Gülən ərəb dünyasının nüfuzlu "Əş -Şərq -əl-ausat” qəzetinə müsahibəsində dünyanın bir çox ölkələrində, eləcə də türkdilli dövlətlərdə camaatın siyasi təşkilatlanması ilə bağlı deyilənlərə münasibət bildirərkən deyib.
O bildirib ki, icamnın monolit, mərkəzi və iyerarxik sistemə malik olmadığı üçün ona könül verən insanların da bir tip siyasi görüşdə olması mümkün deyildir: “O baxımdan hər-hansı bir siyasi partiyanın ardınca getməsi mümkünsüzdür. Hizmətə könül verən hər bir insanın öz siyasi görüşü olsa da, cameədə bu mövzular müzakirə edilmir. Burada əsas məsələ seçki və siyasətlə deyil, ümumbəşəri dəyərlərə xidmət edən layihələrlə məşğul olmaqdır.
Həmçinin icma heç vaxt başqa ölkələrin daxili işlərinə və siyasətə qarışmır. Hər yerdə məqsədi təhsil və mədəni fəaliyyətləri ilə bəşəriyyətə xidmət etməkdir. Bu prinsipə sadiq qaldığına görə də, hazırda dünyanın 160 ölkəsində rahatlıqla fəaliyyət göstərir”.
F. Gülən qeyd edib ki, istəsəydilər partiya yarada, yaxud
partiyalarda tərəfdar toplaya bilərdilər.
“Əgər siyasi bir məqsədimiz olsaydı, məsələn, partiya qurmaq kimi,
ötən 40-50 ildə bu niyyətin bir çox təzahürləri üzə çıxardı. Mənə
də, dostlarıma da müxtəlif vaxtlarda siyasi məqam-mənsəb təklif
edilib. Lakin biz bunların hamısını rədd etmişik. İcma istəsəydi,
2001-ci ildə mövcud siyasi partiyaların iflasa uğradığı bir dövrdə
başqaları kimi fürsətdən istifadə edib partiya qura bilərdi. Ancaq
bu yola əl atılmadı. Əgər istəsəydi, keçmişdə də, bu gün də
iqtidara gələn siyasi partiyalarda xeyli tərəfdarı ola bilərdi.
Amma hamının bildiyi kimi orada Amma hamının bildiyi kimi, orada
cəmi iki dostumuz var”-deyə o bildirib (2001-ci ildə Rəcəb Təyyib
ərdoğanın rəhbəri olduğu AKP qurulub-red.).
Xatırladaq ki, Azərbaycan Prezident Administrasiyasının Siyasi
təhlil və informasiya şöbəsinin keçmiş müdiri Elnur Aslanovun
vəzifəsindən məhz Gülən icmasına bağlı olduğu üçün çıxarıldığı
iddia edilir. F. Gülənin ad çəkmədən həm də bu məsələyə toxunduğunu
ehtimal etmək mümkündür.
Asif