Nida.az
İlham Əliyev Giorgi Marqvelaşvilini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Gürcüstanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu gün Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələr, strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlər məmnunluq doğurur. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı enerji və nəqliyyat layihələri, daim genişlənən humanitar əlaqələrimiz tərəfdaşlığımızın mühüm amillərindəndir.
İnanıram ki, dostluq və mehriban qonşuluq ənənələrimizə sadiq qalan xalqlarımızın iradəsi ilə Azərbaycan-Gürcüstan münasibətləri bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıram".
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi