Mixail Formuzal: “Qaqauzlar Bakıdan yardım istəyir”- Eksklüziv
Bizi izləyin

Nida.az

Mixail Formuzal: “Qaqauzlar Bakıdan yardım istəyir”- Eksklüziv

Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalın Publika.az-a eksklüziv müsahibəsi


- Qaqauziyanın Moldovadan ayrılaraq müstəqilliyini elan edəcəyi xəbərləri yayılır. Buna münasibətiniz necədir?

- Siz bu sözü dəqiq dediniz, hansı ki bu, suala qismən cavab verir. Çünki belə informasiyalar doğru deyil, sadəcə, kimlər tərəfindənsə yayılır. Əgər bu məsələni bütün medialar öyrənməkdə maraqlıdırsa, onda qeyd etməliyəm ki, oliqarx qəbilələrindən birinin nəzarət etdiyi KİV bu cür xəbərlərlə mənə qarşı siyasi kampaniya aparır. Bu cür informasiyaların mənbəyi də onlardır. Bütün fitnəkar xəbərləri anonim mənbəyə istinadən, yaxud Kişinyov politoloqlarının dili ilə gündəmə gətirirlər. Halbuki nə şəxsən mən, nə də muxtariyyət hökumətindəki həmkarım heç vaxt bu cür bəyanatlar səsləndirməyib. Əgər bu olsaydı, o zaman Qaqauziyanın Moldovadan ayrılmaq arzusunu qeyd etmək olardı. Əminəm ki, bu cür yanlış informasiyaların yayılmasının səbəbi payızda keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Bununla hakim partiya daxili düşmən obrazını yaradır. Lakin ümid edirəm ki, seçki ehtirasları bitdikdən sonra sakitlik olacaq.

- Lakin belə xəbərlər də var ki, Qaqauziya Kişinyov üçün növbəti Dnestryanı olacaq və bu Rusiya tərəfindən tərtib olunan layihədir.

- Qaqauziya və Dnestryanı tarixində oxşarlıq çoxdur, lakin bunları eyniləşdirmək doğru olmazdı. Ən azından iki ərazinin və siyasi rəhbərliyin tarixi nöqteyi-nəzərdən yanaşması fərqlidir. Qaqauziyanın bir çox məsələlərlə bağlı öz xəyalları var, hansı ki, bunlar Kişinyovun rəsmi mövqeyindən fərqlənir. Burdakı əsas fərq də Kişinyovun Avropa Birliyinə inteqrasiyası, Şərq Tərəfdaşlığı üzrə əməkdaşlıq siyasəti, eləcə də daxili siyasət problemlərinin kompleksləşdirilməsidir. Lakin biz ona əsaslanırıq ki, Qaqauziya Moldovanın ayrılmaz hissəsidir. Bundan başqa, biz öz müstəqilliyimizin dövlətin itkisi ilə müşahidə olunmasına qarşı çıxaraq Moldovanın dövlət quruluşunun qorunmasından xüsusi missiya rolunu oynamaq istəyirik.

- Bildiyimiz kimi, 1994-cü ildə qaqauzların muxtariyyət əldə etməsində Türkiyənin IX prezidenti Süleyman Dəmirəl və Azərbaycanın mərhum prezidenti Heydər Əliyev dəstək vermişdi. Əgər qaqauzların müstəqil olmaq istiqamətində hərəkətə keçsələr, Azərbaycan və Türkiyədən eyni dəstəyi gözləyirsinizmi, yaxud belə dəstək üçün Ankara və Bakıya müraciət edə bilərsinizmi?

- Həqiqətən də öz xalqlarının böyük oğulları Süleyman Dəmirəl və mərhum Heydər Əliyev 20 il əvvəl öz türk qardaşlarını dəstəklədilər. “Qaqauz məsələsində” onların mövqeyi Qaqauz muxtariyyətinin tanınmasında, eləcə də Qaqauz-Moldova münaqişəsinin sülhlə nizamlanmasında əsas rol oynadı. Sizin sualınıza cavab olaraq deyə bilərəm ki, Bakıda və Ankaradan biz bir şeyi gözləyirik: Bakı və Ankara müstəqil Moldova tərkibində Qaqauz muxtariyyətinin saxlanılmasının rəsmi zamini olsunlar.

- Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir, xüsusilə bu ərazilərdə yaradılan “DQR”. Siz bu münaqişə ilə bağlı mövqeyiniz necədir?

- Bütün dondurulmuş münaqişələrə, xüsusilə söhbət millətlərarası münaqişələr haqqında gedirsə, mən vahid prinsiplərə əsaslanaraq yanaşmağa çalışıram. Birincisi, nizama salınmada əsas rolu münaqişə tərəflərinin özləri oynamalıdır və beynəlxalq ictimaiyyətin rolu danışıqlar prosesi üçün şəraitlərin yaradılması ilə məhdudlaşdırılmalıdır. Bu ikilistandart yanaşmaların qarşısını ala bilər. Buna nümunə kimi bir çox münaqişələrdə beynəlxalq təşkilatlar bir-birinin əksinə çıxış etməsini göstərmək olar.
İkincisi, hər kəs kimi mən də ərazi mübahisələrinin nizama salınması prosesində prinsipial sülh variantının tərəfdarıyam. 10 ildən çox danışıq aparmaq daha yaxşıdır, nəinki bir gün müharibə etmək.
Nəhayət, üçüncüsü, mən ərazi münaqişələrinin nizamlanmasında praktik nümunə kimi həmişə Qaqauz muxtariyyətini göstərirəm. Qaqauziyaya başçılıq etdiyim bu müddətdə ölkə rəhbərliyini inandırmağa çalışıram ki, Moldova tərkibində muxtariyyətin yaradılması ən böyük nailiyyətdir. Bunu bütün dünyada anoloji problemlərin müvəffəqiyyətli həll variantı kimi seçmək olar. Bunun üçün Moldova Respublikası hakimiyyətinin 1994-cü ildə “Qaqauz Yerinin hüquqi statusu haqda” qanunun bütün müddəalarını yerinə yetirməsi lazımdır. Hesab edirəm ki, bu prinsiplər çərçivəsində Dağlıq Qarabağ probleminin perspektivinə baxmağa dəyər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm