• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Avropanın qətlini kimlər sifariş verir? - TƏHLİL

Avropanın qətlini kimlər sifariş verir? - TƏHLİL

Avropanın radikal sağçıları Trampın prezident seçilməsini yeni milad adlandırırlar. Bu, İsa Məsihin miladının XXI əsrdə yenidən doğulmasıdır, təbii ki, sağçılara görə. Reallıq isə odur ki, “Qoca Qitə” ötən əsrin 30-cu illərinə çox bənzəyir.

80 il öncə: I Dünya Müharibəsi başa çatmış, lakin dünyanın bölüşdürülməsi tamamlanmamışdı. Payların yenidən müəyyən edilməsi uğrunda dünya müharibəsinin ikincisi başlanacaqdı. Almaniyada Hitlerin, İtaliyada Mussolinin timsalında nasistlər (radikal sağçılar) hakimiyyət zirvələrinə doğru can atırdı...

80 il sonra: "Miqrantları qovun!" çağırışı ilə Ağ Evə iddialı Tramp gözlənilmədən qalib gəldi və bu, Avropada “zirzəmilərdə yuxulayan” sağçıları oyandırdı.

Hitler “Mənim mübarizəm”i ("Mein Kampf") həbsxanada olarkən yazmışdı, Hollandiya Azadlıq Partiyasının lideri Qerts Vilders isə bu gün biət etdiyi köhnə nasistin qələminin mürəkkəbindən çıxmış sözləri başının üzərinə qaldırır.

Və Şimali Avropadan başlayaraq, Qərbi və Cənubi Avropaya qədər uzanan radikal sağçıların “dirilişi” göz önündədir: İsveçdə “İsçev demokratları” partiyasının lideri Yimmi Okesson, Avstriyada Azadlıq Partiyasının lideri Norbert Hofer, Fransada “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pen, Almaniyada “Almaniya üçün alernativlər” partiyasının sədri Frauka Petri, Hollandiyada Azadlıq Partiyasının lideri Qerts Vilders, İtaliyada “Beş ulduz hərəkatı”nın lideri Beppe Qrillo Şimaldan Cənuba doğru uzanan sağ zolağını təşkil edir. Bu zolaq Çexiya maliyyə naziri Andrey Babiçin timsalında Şərqi Avropanın içərilərinə doğru da uzanır.

İndiki Avropanı 30-cı illərlə müqayisə etməyimiz təsadüfi deyil. Çünki radikal sağın yüksəlişinin hər şeydən öncə təbii səbəbləri var. Və bu səbəblərin başlanğıcı çətinlikdir: adətən, iqtisadi, yaxud ictimai böhranlar sağmeyilli qüvvələrin siyasi meydana çıxmasına və əhalinin dəstəyini qazanmasına gətirib çıxarır.

“Böyük böhran” (Great Depression) 1929-cu ildə başlamışdı və böhranın davam etdiyi 39-cu ilə qədər radikal sağlar Avropada hakimiyyətə keçmiş, ciddi güc qazanmışdı. İnsanların nasistlərə dəstəyinin səbəblərindən biri I Dünya Müharibəsindən sonra ortaya çıxan böyük böhran idi. Burada da indiki Avropada olduğu kimi “kənardan gəlmələr” əsas günahkar hesab olunurdu. (Təbii ki, başlanğıcda belə görünürdü, sonradan nasist ideologiyası tamam fərqli istiqamətdə inkişaf etdi). 80 il öncəki “miqrantlar” yəhudilər idi, onlar uzun illər Avropada yaşamalarına baxmayaraq, məhz yadlar kateqoriyasına daxil edilmişdilər və bütün problemin kökündə məhz bu yadlar göstərilirdi: adətən siyasi sistemlər sosial və ictimai narazılığı yönləndirmək, yaxud bundan siyasi məqsədlərdə istifadə etmək üçün mütləq səbəbkar düşmən tapırlar.
XX əsrin ilk yarısında da belə idi və günahkarlıq payı sıravi yəhudilərin qismətinə düşmüşdü. XXI əsrdə isə müsəlman miqrantlar nifrətin yönləndirildiyi hədəfə çevrildi. İndi Avropada sağçıların güclənməsində və buna paralel olaraq, liberalizmin qüruba enməsindəki təbii səbəb yaranmış problemlər və onun tapılan “günahkarları”dır.

Şərqdəki müharibələrdən Qərb heç də qazanclı çıxana bənzəmir. Bu gün yüz minlərlə müsəlman Avropanın soyuq düşərgələrində, asfalt döşənmiş küçələrində gecələyir. Onlar yemək və yaşamaq, bir də ölməmək üçün oradadırlar. Bu isə iqtisadi çətinliklə üzləşən avropalını qəzəbləndirir və onlar kortəbii qəzəbə hədəf tapmaq üçün sağçılara meyllənirlər.

Onlar Avropaya hökmranlıq edə bilərlər, əgər...

Almaniya; Ümumdünya İqtisadi Forumu bu ölkənin reytinqlərini aşağı salıb. Bir müddət öncə ölkədə əhali ərzaq ehtiyatı yığmağa başlamışdı, məlumatlara görə, bu bəzi bölgələrdə hələ də davam edir. Hərbi mükəlləfiyyətin məcburi edilməsi haqda söz-söhbətlər gəzir. Aşağı təbəqə hakimiyyətdən ciddi şəkildə narazıdır. Xüsusilə Avropa İttifaqının “ortada yeyib kənarda gəzməyə” üstünlük verən ölkələrinə maddi yardımların edilməsi (“Brexit”in səbəblərindən biri məhz bu idi) əhali tərəfindən artıq qəbul edilmir. Almaniyanı Avropanın “xəstə adamı” adlandıranlar da var. Bütün baş verənlərin fonunda Angela Merkel dördüncü dəfə namizədliyini irəli sürməyə hazırlaşır. Hansı ki, o, miqrantlarla bağlı “açıq qapı” siyasətini həyata keçirməyə başlayarkən nüfuzunu ciddi şəkildə itirmişdi.

Fransa; Solçu ideyalarla iqtidara gələn Fransua Ollandın sağçılığın gücləndiyi vaxtda bəxti gətirmir. Hər şeydən əvvəl bu, ideologiyaların mübarizəsi kontekstində dəyərləndirilməlidir. İqtisadi çətinlik, ictimai kataklizimlər sağ ideologiyasına güc verir, beləliklə, tərəzinin əks gözünün - solçuluğun dəyər şkalasının aşağıya doğru yuvarlanmasına səbəb olur. Lakin Ollandın siyasi kursu fransızları heç də qane etmədi. Ölkədə işsizlik də daxil olmaqla bir çox iqtisadi və sosial problemlər var. Bunun fonunda Fransanın terrorun hədəfinə çevrilməsindən sonra Ollandı ölənlər üçün tökdüyü göz yaşları belə xilas etmədi. Fransızlar artıq “kef edə bilmir” və onlar günahkarı deyəsən tapıblar: Bu, prezidentdir.

Əgər sağçılar bu iki açar ölkədə qalib gələrlərsə...

Almaniya 2017-ci ilin sentyabr ayında seçkiyə gedir. Merkelin əsas rəqibi sağçıların ümid yeri olan Frauka Petridir. Bir neçə ay öncə keçirilən rəy sorğusunda Merkelin yenidən kansler seçilməsini istəməyənlər istəyənləri üstələdi. Eyni taleyi Olland da yaşayır. Onun əsas rəqibi “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pen hesab olunur. Sağçı Cümhuriyyət Partiyası isə iki gün öncə Fransois Fillonun gələn ilin may ayında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb. Lakin əsas diqqət Le Penin üzərindədir. O, seçkilərdə Fransanın prezidenti olacağına əminliyini ifadə edib. Sağçılar iki ölkədə hakimiyyətə gələrsə, bu, Avropanın “ələ keçirilməsi” hesab oluna bilər.

“Avropa ölə bilər”: Fransanın baş naziri Manuel Valss bu sözlərlə sağçıların hökmran olacağı Avropanın gələcəyinə diqqət çəkdi. Bəli, Avropanın sonu görünür; fransız Le Pen prezident olacağı təqdirdə, Avropa İttifaqından çıxacağı vədində israr edir; Merkelə alternativ olan Frauka Petri də eyni fikirdədir; çəhrayı Hollandiyada Qerts Vilders Hitlerin qələminin məhsulunu başının üzərinə qaldırarkən, hər şeyi bəyan etmişdi.

Avropa İttifaqı dağılır, NATO hərbi birlik olaraq arxivə gedir, “Qoca Qitə”ni xaos bürüyür.

Sağçı Avropanın gələcəyini belə xarakterizə edirlər. Lakin Qitənin hansı rəngə bürünəcəyini, hansı nəticələrin baş verəcəyini zamanın aydınlaşdıracağı da ayrıca həqiqətdir.

Burada ən maraqlı məsələ sağçıların təbii yüksəlişinin kimlərin və necə yönləndirdiyidir. Yaxud...

Avropanın qətlinin sifarişçiləri kimlərdir?

İlk nəzərlər ingilislərin üzərində cəmləşir. “Brexit”dən sonra Böyük Britaniyanın özünün qurduğu Avropanı almanlara və fransızlara buraxmayacağı həqiqəti aydın idi. Burada “Brexit”dən sonra Britaniya adasından qaçan investisiyanın geri qaytarılması kimi iqtisadi və Avropa İttifaqının Merkel və Olland liderliyində güclənərək anqlosakson güclərə qarşı cəbhə açmasının qarşısını almaq kimi siyasi səbəblər mövcuddur.

Lakin II Dünya Müharibəsindən sonrakı dövrə nəzər yetirdikdə, dünyanın yeni cizgilərinin formalaşdırıldığı fikri öncə çıxır.

“Avropa İttifaqı” birliyinin yaradıcıları İngiltərənin baş naziri Çörçil və ABŞ prezidenti Ruzvelt idi. Onlar II Dünya Müharibəsindən sonra bugünkü Suriya xarabalıqlarını xatırladan Avropanı canlandırmaq və gücləndirmək istəyi ilə bu addımı atdı. Və Çörçilin bu istəyinin hədəfində bir neçə siyasi sistemin mərkəzə bağlı olduğu dünya hökumətinin qurulması idi. Avropa İttifaqı bu layihənin ilk mərhələsi hesab oluna bilərdi.

Çorçilin yaratdıqlarını sələfləri dağıdır: Avropanın vəziyyətində bu tarixi nüans diqqətdən qaçmır. Hesab etmək olar ki; 70 il öncə ingilislər Avropanı yenidən dizayn etdilər və bu gün onu dağıdırlar. “Brexit”lə bunun baş verəcəyi onsuz da əvvəldən görünürdü. Və bu ehtimallar fonunda Amerikada Donald Trampın qələbə qazanmasında da anqlosakson faktoru boylanır.

Lakin burada açıq qalan suallar var: Avropa İttifaqının dağılması kimə sərf edir?

İndiki məqamda cavab Böyük Britaniyadır və ingilislər zamanında Amerikanın dəstəyi ilə yaratdıqlarını indi elə Tramp Amerikasının dəstəyi ilə dağıtmağı planlaşdırırlar. Obama administrasiyasının Avropa İttifaqına dəstək verdiyi açıq görünürdü. Nə qədər Avropa İttifaqını ikinci planda saxlamağa çalışsa da, Ukraynadan sonra Rusiyaya qarşı Brüsseli gücləndirmək istiqamətində addımları da bunu göstərirdi. Tramp isə Brüsselin əsas gücü olan NATO-dan dəstəyi çəkəcəyini, Avropa İttifaqına arxa çevirəcəyini bəyan edir. Bəli, bu, ingilislərin xeyrinədir. Lakin...

Rusların Qərbə hücumunda önünü açmaq ingilislərə sərf edirmi?

Avropanın “ölümü” qarşı cəbhənin – Rusiya və Çinin əlinə oynamaqdır. Hansı ki, bu gün Avropada siyasi zirvəyə cana atan radikal sağçıların demək olar ki, əksəriyyəti “rusların adamı” hesab olunur. Onlar hakimiyyətə gələrsə, Putinin Avropaya təsiri güclənəcək. Hesab etsək ki, bu proseslərin arxasında ingilislərin oyunu var. O zaman “Amerika-İngiltərə birliyinin əks cəbhənin əlini gücləndirəcək addımı atmasının” səbəbləri və arxa planda dünya üçün hansı ssenarilərin qurulduğu müəmmalı olaraq qalır.

Burada yalnız iki ehtimal önə çıxır:

1. Yeni döyüş meydanı Avropaya köçürülür.

2. “Amerika-İngiltərə birliyi Rusiyanı (eləcə də digər ölkələri) açıq savaşla ələ ala bilmədiyini anladı. İndi üslub dəyişdirilir, müdaxilə siyasəti Trampın timsalında “dost” və “sevimli” Amerika timsalında yenidən başlanır”.



Lakin burada “Dünyanın güc mərkəzi dəyişirmi?” məsələsi də xüsusi xətlə keçir. Bu ehtimal diqqəti anqlosaksonlardan yəhudi gücünə doğru yönəldir və “Trampın seçilməsi ABŞ-dakı yəhudilərin planıdır” ehtimalını önə çıxarır.

Dünyanın “güc mərkəzi” Qərbdən Şərqə keçir:

Nasistlərin Avropada hakimiyyətə gəlişi və yəhudilərə qarşı soyqırımı siyasəti yürütməsinin arxasında elə yəhudi güclərinin olduğu haqda iddialar günümüzə qədər hələ də aktual olaraq qalır və burada gətirilən əsaslar belə idi: İsrail dövlətinin yaradılması hələ I Dünya Müharibəsindən sonrakı dövrdə nəzərdə tutulmuşdu. Dünya yenidən bölüşdürüləcək və bu mənzərədə İsrail dövləti yaradılacaqdı. Müharibə başa çatdı, lakin Avropadakı yəhudilər nəzərdə tutulan dövlətə getmək istəmirdilər. Onları Avropadan çıxarmağın yeganə yolu məhz hücumlara məruz qalmaları idi. Bu, belə də oldu. Hitler yəhudi soyqırımını törətdi və bundan sonra onlar qaçmağa başladılar. II Dünya Müharibəsindən sonra İsrail dövləti yaradıldı və Avropadan qaçanların gedə biləcəyi yeganə yer bura idi.

Bütün bunlar təsdiqini tapmamış iddialardır. Lakin yəhudi yazıçısı Əli Amirin “Yasəmən” romanında Avropa yəhudilərinin Şərq torpaqlarındakı İsraildə yaşamaq istəmədiklərinə dair bədii qeydləri dolayısı ilə bəzi məsələlərə də işıq salır.

Hesab etmək olar ki; İsrail dövlətinin yaradılması üçün yəhuidilərin “Şərqə qaçışı”nı təşkil edənlər indi dünyanın “güc mərkəzi”ni də bura gətirirlər. Radikal sağçıların hakimiyyətə gəlişi ilə taqətdən düşəcək Qərb öz yerini Şərqə verir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR