• USD 1,7020 0,00% EUR 1,9062 0,00%
    • GBP 2,1922 0,00% RUB 0,0300 0,00%

ABŞ-ın bölünməsi prosesi Moskvadan idarə ediləcək: SSRİ üçün HESABLAŞMA

ABŞ-ın bölünməsi prosesi Moskvadan idarə ediləcək: SSRİ üçün HESABLAŞMA

“Calexit”i (ABŞ-ın Kaliforniya ştatından ayrılması - red.) dəstəkləyən “Yes California!” hərəkətinin lideri Louis Marinelli Rusiyaya köçməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda “Business Insider” nəşri yazıb.

“Mən Rusiyada yeni xoşbəxtliyi tapdım. Rusiya sakinləri məni daimi qəbul etməyə hazırdırsa, mən bu ölkədə öz yeni evimi qurmaq istəyirəm”, - o, öz bəyanatında bildirib.

Hərəkatın lideri qeyd edib ki, yaxın gələcəkdə Kaliforniyaya qayıtmağa hazırlaşmır. Marinelli həmçinin əlavə edib ki, Kaliforniyanın ABŞ-dan ayrılması ideyasını hələ də dəstəkləyir.

'Yes California!' hərəkatı ştatların iqtisadiyyat, miqrasiya, ekologiya və təhsil kimi sahələrdə maraqlarına ABŞ-ın zərər verdiyini və bunun üçün də müstəqil olmalarının daha yaxşı olacağını düşünür. Kaliforniyadakı seçicilərin əksəriyyəti son prezident seçkilərində demokratların namizədi Hillari Klintonu dəstəkləmişdi. Donald Trampın prezident seçilməsindən sonra isə müstəqillik çağırışları artıb.

Xatırladaq ki, 2016-cı il sentyabrın 25-də Moskvada keçirilən və dünyanın müxtəlif ölkələrindən olan separatçıların toplaşdığı beynəlxalq konfransda Texas və Kaliforniya nümayəndələri də iştirak etmişdi.

Amerika KİV-nin yazdığına görə, Rusiya hakimiyyəti Kaliforniya separatçılarının fəallaşmasında maraqlıdır. 2016-cı ilin dekabrında “Washington Times” qəzeti "Yes California! ' hərəkatının Rusiyada səfirlik açmağa hazırlaşdığığını yazıb. Qəzet yazır ki, hərəkatın lideri Louis Marinelli səfirliyin açılması üçün Moskvaya gedib.

Həmçinin, Rusiyanın Texas ştatında olan separatçıları da dəstəklədiyi bildirilir. Daha əvvəl Amerika nəşri "Politico" çox maraqlı bir fikirlə çıxış edib. Nəşr hesab edir ki, Texas ştatının mümkün müstəqilliyi Sovet İttifaqının dağılmasında ABŞ-ı ittiham edən Moskva üçün "şirin hesablaşma" ola bilərdi. "Politico" nəşri iddiasını əsaslandırmaq üçün Rusiya prezidenti Vladimir Putinin 2014-cü il dekabrın 18-də keçirdiyi illik mətbuat konfransda səsləndirdiyi fikirləri sitat gətirib.

"Biz Qərbdə rəsmi şəxslərdən eşidirik ki, Sibirin Rusiyaya aid olması ədalətsizdir. Amma Texas Meksikadan qoparılıb. Bu, ədalətlidirmi?" - Rusiya lideri söyləmişdi.

"Politico" həmçinin qeyd edib ki, Kreml Krımın ilhaqından sonra Qərbdə separatizm əhval-ruhiyyələrini fəal şəkildə dəstəkləyir, Rusiya KİV-i Venesiya, Şotlandiya və Kataloniyada baş verənləri həvəslə işıqlandırır.

Bundan başqa, qəzetin məlumatına görə, 2014-cü ilin yazında "Texas Millətçi Hərəkatı"nın başçısı Natan Smit Sankt-Peterburqa səfər edib. Natan Smit bildirib ki, onun hərəkatını ştatda 250 min insan (Texas ştatında 27,6 milyon insan yaşayır) dəstəkləyir. "Onlar özlərini ilk növbədə texaslı hesab edirlər, amma hazırda amerikalı qalmağa məcbur ediliblər. ABŞ-da demokratiya deyil, diktatura hökm sürür", - Smit deyib.

Məqalənin müəllifləri həmçinin Çeçenistan Respublikası parlamentinin keçmiş spikeri Dukuvaxa Əbdürrəhmanovun 2015-ci ilin yazında verdiyi bəyanatını xatırladıb. Əbdürrəhmanov xəbərdarlıq edib ki, ABŞ əgər Ukraynaya silah çatdırmağa başlasa, Rusiya Meksikanı yeni silahlarla təmin edəcək. Çeçen siyasətçinin sözlərinə görə, ABŞ tərəfindən zəbt edilmiş Kaliforniya, Nyu-Meksika, Arizona, Nevada, Yuta və Kolorado ştatlarının statusu haqqında müzakirələr yenilənə bilər.

Qeyd edək ki, Texas suveren dövlət olaraq, ABŞ-ın tərkibinə daxil olan yeganə ştatdır. Birləşmənin əsas şərtlərindən birinə görə, Texas arzuladığı vaxt ABŞ-ın tərkibindən çıxa bilər. Texas əhalinin sayına görə yalnız Kaliforniya, ərazinin böyüklüyünə görə isə yalnız Alyaskadan geri qalır. Texas ABŞ-dan malların əsas ixracatçısıdır. Ştatın digər ölkələrlə ticarət dövriyyəsi ildə 100 milyard dollardan çox təşkil edir. Əgər Texas müstəqil dövlət olsa, dünyanın (2012-ci ilin göstəricilərinə görə) 14-cü ən böyük iqtisadiyyatına malik olar. Bu isə Cənubi Koreya və Niderland kimi ölkələrdən daha yüksək göstəricidir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR