Dünya oyunçuları Qarabağ MÜHARİBƏSİNDƏ, sentyabrın 9-na HAZIRLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dünya oyunçuları Qarabağ MÜHARİBƏSİNDƏ, sentyabrın 9-na HAZIRLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rəsmi Bakı OCCRP adlı qurumun xarici mediada yayılmış materialına cavab verib. “McGill International Review” elmi nəşrin əməkdaşları Dağlıq Qarabağda müharibə xəbərdarlığı ediblər. Avropa İttifaqı (Aİ) Türkiyənin quruma üzlüyü ilə bağlı müzakirələrə sona qoymaq üçün oktyabr ayında müzakirələr aparacaq. Pxenyan tərəfindən həyata keçirilən son nüvə sınağından sonra Koreya ətrafında vəziyyət daha da gərginləşib. Rusiya prezidenti Vladimir Putin KXDR-də nüvə silahının mövcudluğunu təsdiq edib.

Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti 2017-ci il sentyabrın 4-də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələrə münasibət bildirib.

Prezidentin Mətbuat Xidmətinin yaydığı bəyanatda deyilir:

"Qeyd edirik ki, nə Azərbaycan Respublikasının Prezidenti, nə də onun ailə üzvlərinin adıçəkilən yazılarda göstərilən ittihamlarla heç bir əlaqəsi yoxdur. Prezidenti və onun ailəsini bu məsələyə cəlb etmək cəhdləri tamamilə əsassızdır, qərəzlidir və təxribat xarakteri daşıyır.

Biz bilirik ki, bunların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı beynəlxalq aləmdə dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır. Bu gün Corc Sorosun çirkin əməlləri çox ciddi şəkildə araşdırılmalıdır. Onunla əlbir olan erməni lobbisi Azərbaycan Prezidentinə, onun ailəsinə qarşı çirkin kampaniya aparır. Ancaq bu səylərə baxmayaraq, bunlar heç bir nəticə verməyib. Elə “Guardian” qəzetində gedən məqalənin müəlliflərindən birinin erməni əsilli Dina Naqapetyan olması faktı da bir daha onu göstərir ki, bu çirkin ittihamlar, o cümlədən dünya erməniliyinin növbəti mənfur hərəkətidir".

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Tthe Organized Crime and Corruption Reporting Project” (OCCRP) adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı Azərtac-a açıqlama verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Dağlıq Qarabağda tammiqyaslı müharibə başlanacaq". Bu proqnozla “McGill International Review” elmi nəşrin əməkdaşları Dağlıq Qarabağ münaqişəsinin inkişafını şərh edərkən çıxış edib.

Ekspertlər əmindirlər ki, Qarabağ regionunda tammiqyaslı müharibənin başlanmasına az vaxt qalıb.

Proqnoza görə, müharibə bu ilin sonunda alovlana bilər.

“Mümkündür ki, 2017-ci ilin sonunda Qarabağ ətrafında hərbi hərəkətlər aktivləşəcək və geniş müharibə başlanacaq. Hazırda regionda davam edən atışmalar proseslərin bu cür inkişafını proqnozlaşdırmağa imkan verir”, - deyə ekspertlər vurğulayıb.

Nəşr həmçinin, qeyd edir ki, dünya oyunçuları da bu müharibəyə qoşula bilər: “Bu isə toqquşmaları daha gözlənilməz və təhlükəli edəcək”.

Osetiyanın "Nıxas" informasiya portalı "Vestnik Kavkaza" nəşrinin Ermənistanda antirusiya əhval-ruhiyyəsinə dair vəziyyət barədə analitik məqaləsini dərc edib. Məqalədə Ermənistanda çoxsaylı Qərb fondlarının və amerikapərəst siyasətçilərin fəaliyyət göstərdiyi vurğulanır. Məqalədə Ermənistanın Rusiya üçün yeni Ukrayna olacağı ehtimalından danışılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb. Çavuşoğlu azərbaycanlı və gürcüstanlı həmkarları - Elmar Məmmədyarov və Mixeil Canalidze ilə 6-cı üçtərəfli görüşdə iştirak edəcək.

Avropa İttifaqı (Aİ) Türkiyənin quruma üzlüyü ilə bağlı müzakirələrə son qoymaq və ya təxirə salmaq üçün oktyabr ayında müzakirələr aparacaq. Bu haqda Almaniya kansleri Angela Merkel bildirib. Merkel Avropa ölkələrini Türkiyə ilə bağlı vahid mövqe sərgiləməyə çağırıb.

Türkiyədəki müasir siyasi vəziyyət bu ölkənin Avropa İttifaqına üzvlüyü haqqında danışıqları davam etdirməyə imkan vermir. Bu haqda Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastaner “France Inter” radiostansiyasının efirində bildirib.

“Dəqiq demək lazımdır: Türkiyədəki siyasi vəziyyət danışıqların davam etdirilməsi, fikir mübadiləsi və Türkiyə ilə inteqrasiyanı gücləndirməyə imkan vermir”, - o deyib.

Siyasətçi vurğulayıb ki, Avropa və Türkiyə ümumi dialoqu davam etdirməlidir, ancaq Türkiyənin Avropa İttifaqına üzvlüyü haqqında danışıqlar dayandırılmışdır.

“Bu gün reallıq belədir”, - Kastaner əlavə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət müşaviri (baş nazir səlahiyyətlərinə malikdir) Aung San Suu Kyi arasında telefon söhbəti baş tutub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, telefon söhbətində Myanmada müsəlmanlara qarşı həyata keçirilən zorakılıq və qırğınların qarşısının alınması müzakirə olunub.

Ərdoğan Arakan müsəlmanlarına qarşı qeyri-insani hərəkətlərdən dərin narahatlığını dilə gətirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə sabah Banqladeşə səfərə edəcək. Qırğınlardan qaçan 123 min myanmalının Banqladeşdə yerləşdirildiyi bildirilir.

Xarici KİV-in yazdığına görə, Myanmada müsəlmanlara qarşı hərbi əməliyyatlar Aung San Suu Kyinin birbaşa xeyir-duası ilə həyata keçirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zor şəhərində İŞİD terror qruplaşmasının 3 illik mühasirəsini yarıb. Bu haqda Suriya ordusu ilə döyüşlərdə iştirak edən Livanın “Hizbullah” təşkilatına yaxın mənbə bildirib.

Mühasirə şəhərin cənubi-qərb istiqamətində yarılıb. Mənbənin sözlərinə görə, şəhərin mühasirədən tamamilə çıxarılmasından danışmaq hələ tezdir. Ancaq o, bunun yaxın günlərdə baş verə biləcəyini deyib.

Hazırda Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zordan 35-40 kilometr cənubda İŞİD-ə qarşı sərt döyüşlər aparırlar.

Rusiya Şimali Qafqazda hərbi təlimlərə start verib. Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafevin sözlərinə görə, təlimlərdə 2,5 min hərbçi iştirak edir.

Təlimə 500 ədəd hərbi texnika cəlb edilib. Bunlar sırasında 152 mm özüyeriyən haubitsalar, Tornado-Q, “Uraqan” reaktiv sistemləri, Şturm-S tank əleyhinə raket kompleksləri var.

Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raketin növbəti sınağına hazırlaşır. Bu haqda mənbələrə istinadən “Asia Business Daily” nəşri bildirib.

Xəbərə görə, Cənubi Koreya kəşfiyyatı qitələrarası ballistik raketin KXDR-in qərb sahilinə daşınması barədə informasiya əldə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasında (KXDR) nüvə silahının mövcudluğunu təsdiq edib. Amma, onun sözlərinə görə, istənilən növ sanksiyalardan istifadə faydasız və effektsizdir.

Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen hərbi yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreyada heç bir müharibə olmayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

“Koreya böhranı amerikalılara lazımdır. Onlar bunun vasitəsilə Cənubi Koreyaya nüvə silahı gətirmək, donanmalarını və hava hücumundan müdafiə sistemlərini burada yerləşdirmək istəyirlər. Koreya müharibəsi olmayacaq. Buradakı silahlar isə gələcəkdə Çin və Rusiyaya qarşı yönəldiləcək”, – deyə o bildirib.

Cenevredə keçirilən Silahsızlaşdırma Konfransında danışan Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Han Tae Sonq ölkəsinin həyata keçirdiyi sonuncu müdafiə hərəkətini ABŞ-a hədiyyə adlandırıb. “ABŞ Şimali Koreyaya qarşı təzyiq məqsədilə yersiz cəhdlərini davam etdirərsə, daha çox hədiyyə paketi alacaq ”, - deyə o bildirib.

ABŞ prezidenti Donald Trump Yaponiya və Cənubi Koreyanın ABŞ-dan daha yüksək texnologiyalara sahib silahların idxalının artırılmasına icazə verib. Tramp bu barədə tvitter hesabında yazıb.

“Məyusluq yoxdur, sizin sualınız çox sadəlövh səslənir. Tramp (ABŞ prezidenti Donald Tramp -red.) mənim, yaxud mən onun gəlini deyiləm. Biz dövlət fəaliyyətilə məşğul oluruq”. Bunu Rusiya prezidenti Vladimir Putin Çinin Syamen şəhərində BRİKS sammitinin nəticəsinə görə keçirilən mətbuat konfransında bildirib.

“Hər ölkənin öz maraqları var. Tramp öz fəaliyyətində öz ölkəsinin milli maraqlarını, mən isə Rusiyanın maraqlarını rəhbər tuturam”, - Putin əlavə edib.

Qeyd edək ki, Rusiya prezidenti BMT Baş Assambleyasının sentyabrın 13-də Nyu-Yorkda başlayacaq sessiyasına qatılmayacaq. Onun bu qərarının Putində məyusluq yaratdığı bildirilir.

Rusiyanın dövlət başçısı ABŞ prezidentinin mümkün impiçmenti barədə suala cavab olaraq bildirib ki, bu ölkənin daxili işidir və onun başqaları tərəfindən müzakirəsi tamamilə səhvdir.

Avropa Şurası yanında Ukraynanın daimi nümayəndəsi Dmitri Kuleba hesab edir ki, Vladimir Putin Donbasda sülh missiyasının tətbiqi məsələsində Kiyevin təşəbbüsünü ələ keçirir.

“Sülhməramlılar haqqında təşəbbüsün müəllifi Ukrayna prezidenti Pyotr Poroşenkodur. Onda deyirdilər ki, bu, qeyri-realdır. İndi Putin təşəbbüsü ələ keçirməyə çalışır. Hər şey realdır”, - ukraynalı diplomat Tvitter səhifəsində yazıb.

“Ukraynaya ölümcül silahların çatdırılması ABŞ-ın suveren qərarıdır, Rusiya bu qərara təsir edə bilmir”. Bunu Rusiya prezidenti Vladimir Putin Çinin Syamen şəhərində BRİKS sammitinin nəticəsinə görə keçirilən mətbuat konfransında bildirib.

Eyni zamanda, dövət başçısı qeyd edib ki, Ukraynaya silah çatdırılması haqqında qərarın qəbul olunması problemin nizama salınmasına kömək etməyəcək, əksinə vəziyyəti daha da ağırlaşdıracaq.

O həmçinin bildirib ki, Ukraynanın Donbas bölgəsində ATƏT-in missiyasının təhlükəsizliyini təmin edəcək sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstan Ukraynaya bu ölkənin keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ekstradisiyası barədə müraciət edib.

Bunu brifinq zamanı Ukraynanın ədliyyə nazirinin müavini Sergey Petuxov deyib. Nazir müavini qeyd edib ki, Ukrayna M.Saakaşvilinin axtarışa verilməsi, saxlanması və ekstradisiyası barədə müraciət alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm