Nida Təhlil
Seçkinin vaxtı niyə dəyişdirildi? - Qarabağ faktoru və 2 MÜHÜM MƏQAM
Prezident İlham Əliyevin növbədənkənar prezident
seçkiləri haqqında sərəncamı ilə seçkinin keçiriləcəyi tarixin
aprelin 11-nə dəyişdirilməsi siyasi gündəmin əsas mövzusuna
çevrildi. Bu, konstitusiyaya uyğun olaraq atılmış
addımdır.
Prezidentin köməkçisi Əli Həsənov “bu ilin martın 31-də
azərbaycanlıların soyqırımının 100 illiyi, mayın 10-da ümummilli
lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. Bir neçə mühüm tədbirlər
seçkilərin vaxtının önə çəkilməsini zəruri etdi”, - deyə bildirib.
Şübhəsiz ki, seçki qərarının arxasındakı səbəblər bunlardır.
Lakin bütün hallarda seçki tarixində ilklərdən hesab oluna biləcək
bu qərarın digər səbəblərə də söykəndiyi ehtimalı diqqətdən qaçmır.
Xüsusilə iki ehtimal ön plandadır:
Birinci: Təcrübə tərkibində erməni lobbisinin də
olduğu anti-Azərbaycan qüvvələrin budəfəki prezident seçkiləri
zamanı da ölkəyə müdaxiləyə hazırlaşdığını deməyə əsas verir.
Burada siyasi təzyiqlərdən tutmuş, təxribat xarakterli addımlara
qədər müxtəlif planlar daxildir. Və böyük ehtimalla bu qüvvələr
bütün addımlarını oktyabr ayına qədər işə salmağı planlaşdırırdı.
Lakin dövlət başçısının bu gedişi faktiki olaraq anti-Azərbaycan
qüvvələri mat vəziyyətinə saldı. Təbii ki, eyni qüvvələr aprelə
qədər də hansısa addım atmağa cəhd edəcək, amma bu, istənilən
effekti verməyəcək.
İkinci: Prezident seçkilərinin vaxtının aprelin
11-nə təyin edilməsində Qarabağ faktoru da qırmızı xətlə görünür.
Söhbət Ermənistanın ata biləcəyi addımlardan gedir. Apreldə
Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın səlahiyyətləri
başa çatır. Bundan sonra Ermənistan parlament üsul-idarəsinə keçid
edəcək və ölkədə əsas şəxs baş nazir olacaq. Sarkisyan baş nazir
olaraq hakimiyyətini davam etdirməyi planlaşdırır. Mümkündür ki,
Ermənistan hakimiyyəti keçid məsələsini apreldə həll edəndən sonra
erməni ictimaiyyətinin diqqətini ölkədaxili problemlərdən
yayındırmaq və mövcud rejimin əvəzolunmazlığını sübut etmək üçün
Azərbaycanda prezident seçkilərinin keçiriləcəyi oktyabrda Dağlıq
Qarabağda təxribat addımları atacaqdı. Bu baxımdan, növbədənkənar
prezident seçkilərinin aprelə təyin edilməsi qarşıdakı dövrdə
mümkün təhlükələrin dəf edilməsinə hesablanıb. Və görünən budur ki,
ölkədə təhlükəsizliyin qorunması, mövcud sabitliyin davam
etdirilməsi burada əsas zərurətlərdir.
Daxildə gözlənilən iddialar: Siyasi müxalifətin
növbədənkənar seçkiyə münasibəti aşağı-yuxarı bəllidir: “iqtidar
müxalifətin seçki kampaniyasını zəiflətmək üçün bu addımı atdı”.
Belə iddialar müxalifətin “sağ qalmaq” cəhdindən irəli gəlir. Lakin
növbədənkənar seçkinin daxili faktorlarla heç bir bağlantısının
olmadığı da məlumdur. Çünki Prezident İlham Əliyevin reytinqi ona
alternativin olmadığını əyani şəkildə göstərir. Digər tərəfdən,
seçkinin aprelin 11-nə təyin edilməsi seçki kampaniyası üçün
nəzərdə tutulan müddətin azaldılması, yaxud ləğv edilməsi demək
deyil. Yəni seçki oktyabrda da keçirilsə, prosedur qaydaları eyni
olacaq, apreldə olsa da... Zəif müxalifətin zəif namizədləri seçki
oktyabrda keçirilsə də eyni nəticələrlə üzləşəcək, apreldə olsa
da...
Məsələ Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsi, suverenliyinin
qorunması və mümkün təhlükələrin dəf edilməsidir.
Asif Nərimanlı
-
Magazin105:15
Aynişan Maldivdə belə dincəlir - FOTO
-
Səhiyyə01:41
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - FOTO
-
MDB00:45
Zaxarovaya brifinq zamanı SİRLİ ZƏNG - Xəbərdarlıq aldı / VİDEO
-
Sosial00:30
Onlayn formada nikah bağlamaq prosesi necə həyata keçirilir? - - DETALLAR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Vəziyyət sizi pərdələnmiş tələyə sala bilər
-
İKT21 Noyabr 23:36
"Telegram"ın ödənişli funksiyası artıq "WhatsApp"da PULSUZ OLDU
-
Magazin121 Noyabr 23:12
Lüt Xalq artisti nəyi sübut etmək istəyir? - Müğənni onları yıxıb sürüdü - VİDEO
-
MDB21 Noyabr 22:50
Putin Rusiyanın eskalasiyaya necə cavab verəcəyini AÇIQLADI