Nida Təhlil
Təyyarə qəzasına görə kim cəzalandırılacaq? - Hərbi ekspert açıqladı
“Aktau yaxınlığındakı təyyarə qəzasının əsas məsuliyyəti birbaşa Rusiya rəhbərliyinin üzərinə düşür”.
Bunu Publika.az-a açıqlamasında hərbi ekspert Telman Qasımov bildirdi.
Onun sözlərinə görə, qəzaya uğramış təyyarənin yaxınlıqdakı hava limanlarında qarşılanması mümkün olub:
“Təyyarələr başqa ölkənin hava məkanına daxil olmazdan əvvəl həmin ölkəyə təyyarə ilə bağlı on rəqəmli kodlar ötürülür. Bununla da onun hərbi, mülki, yaxud hava məkanını pozmaq məqsədi daşıyan bir təyyarə olub-olmadığını ayırd etmək mümkündür. Bu, müəyyən edildikdən sonra heç bir problem olmadığı halda şərait yaradılır, təhlükəsizlik təmin edilir ki, təyyarə uyğun şəkildə eniş edə bilsin.

Həmçinin təyyarənin hündürlüyü və uçuş sürəti ilə də bunu müəyyən etmək olur. İrəli texnologiyalar ilə təchiz olunmuş dispetçer, idarəçilik mərkəzləri bunları çox rahatlıqla müəyyən edirlər. Bütün bunlar mümkündürsə, nə üçün həmin təyyarə vuruldu? Deyək ki, səhvən vuruldu. Vurulduqdan sonra nə üçün imkan verilmədi ki, təyyarə yaxınlıqda olan hər hansı hava limanında eniş etsin?! Havanın dumanlı olması kimi bəhanələr gətirildi. Qəzaya uğramış təyyarənin qarşılanması təşkil edilə bilərdi. Yanğınsöndürənlər, xilaskarlar hamısı əvvəlcədən təşkil oluna bilərdi”.
Ekspert qeyd etdi ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycandan üzr istəməsi Kremlin cinayəti qəbul etməsinin sübutudur:
“Biz bunu daha əvvəl Qarakənd faciəsində də yaşadıq. Həmin vertolyotun qara qutusu gizlədildi. Lakin bu dəfə Rusiyanın təyyarənin dənizə düşərək bütün izlərin itəcəyi ilə bağlı planı uğursuz oldu. Braziliyadan qara qutunun nəticələrini gözləyirik. Bu zaman hər şey aydın olacaq. Prezident İlham Əliyev də qəzada həlak olan şəxslərin ailələri ilə görüşündə ədalət tələb etdi. Gerçəklərin ortaya çıxması ilə ədalət öz yerini tapacaq”.
Roza Şəfiyeva
-
Maraq dünyası12:35Mask bu ölkəni almaq istəyir: Neçəyədir?
-
Yaxın Şərq12:14İranda radikallar güclənir: Trampa qarşı “qorxutma” siyasəti işə yaradı
-
Rəsmi xronika11:23İlham Əliyev Zaur Əhmədovu səfir vəzifəsindən geri çağırdı
-
Rəsmi xronika09:43Prezident: Naxçıvanda yeni nəqliyyat dəhlizləri yaradılır - VİDEO
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ

















.jpg)











.jpg)










