Nida Xəbər
Ermənistan Qarabağdan imtina etdi: “Müharibə istəmirik...”
İrəvanda hakimiyyətin “1000 dram” layihəsinə qarşı
etirazlar davam edir.
Publika.az xəbər verir ki, Ermənistanın yeni müdafiə
naziri Viqen Sarkisyan parlamentdə müharibə şəraitində həlak olan
və yaralanan hərbiçilərin ailələrinə yardım məqsədilə fond
yaradılmasını və hər vətəndaşın həmin fonda “1000 dram” ödəməsini
özündə əks etdirən layihə təqdim edib. Lakin bu təklif cəmiyyət
tərəfindən sərt etirazla qarşılanıb.
“Epress” saytı yazır ki, sosial şəbəkələrdə “oğlunu itirdiyinə görə
kredit ödəyir - #1000 dram” həştəqi yaradılıb.
Anonim müəlliflər tərəfindən yaradılan həştəqə mətn də əlavə
olunub: “Bizim hesabımıza varlanırlar, bizim hesabımıza siyasətdə
qalırlar, bizim hesabımıza bizi idarə edirlər və növbəti dəfə bizim
üçün “yaxşılıqlar” edir. 1000 dram məsələsini çıxarıblar ki, bizi
daha asan aldada bilsinlər. Müharibə hakimiyyət üçün əlverişlidir:
bu hələ ki, başa çatmayıb. Buna görə də onlar rəhm etmirlər,
müharibəni əbədiləşdirmək üçün bizim ağrımızı kütləşdirirlər. Lakin
heç vaxt millətçilik xəstəliyini həll etmirlər, hansı ki, bu,
yeni-yeni qurbanlar tələb edir”.
Anonim müəlliflər daha sonra qeyd edir ki, 1000 dramın yarısı
Sarkisyanın cibinə gedəcəksə, yığılan pulların həlak olanların və
yaralananların ailələrinə veriləcəyinə necə inanmaq olar?!
“Necə inanmaq olar ki, zabitlərin əlindən intihar edən əsgərlər
“türk gülləsi”nə qurban gedən kimi təqdim olunmayacaq?! Deyirlər
ki, ordu millətin qürurudur. Xeyr, ordu bu millətin dəhşətidir.
Bizdə orduya getməmək üçün hər il ölkəni minlərlə gənc tərk edir.
Hakimiyyət zorla orduya çağırmağa, boşboğazlıq etməyə və bizim
hesabımıza yaşamağa davam edir. Bu, 1000 dram da belədir. Camaat
məcbur edilir. Bunu verməyə imkanın olub-olmadığı heç kəsi
maraqlandırmır”, - deyə etirazçılar bildirib.
Etirazçılar həmçinin Qarabağı, onun uğrunda aparacaqları müharibəni
istəmədiklərini bəyan ediblər.
Asif
-
Nida Təhlil 15:10Arif Hacılının oğlu və gəlini ABŞ-da həbs edildi
-
İdman14:12Emin Ağalarov Publika.az-ın xəbərini bu VİDEO ilə bir daha təsdiqlədi
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır











.jpg)




.png)


















