Nida Xəbər
“Azərbaycan bizi parça-parça etdi” - Lapşinin Bakıya verilməsi Ermənistanı qorxuya saldı
Dağlıq Qarabağa qanunsuz səfər edən və Azərbaycan
dövlətinin əleyhinə fikirlər səsləndirən bloqer Aleksandr Lapşin
dünən axşam Minskdən Bakıya ekstradisiya olundu.
Publika.az xəbər verir ki, Lapşinin Bakıya ekstradisiyası
Ermənistanda ciddi təşviş yaradıb.
Erməni politoloq Stepan Safaryan bildirib ki, Ermənistan
Belarusdakı səfirini təcili şəkildə geri qaytarmalıdır. O,
həmçinin, parlament rəhbərliyini Ermənistanın AŞPA-dakı nümayəndə
heyətinin üzvlərinə töhmət verməyə çağırıb. Safaryan hesab edir ki,
AŞPA-da erməni nümayəndə heyəti Azərbaycan və Belarusun Lapşinlə
bağlı addımını qaldıra bilməyib.
“İrs” partiyasının mətbuat katibi David Sanasaryan hesab edir ki,
Lapşindən sonra heç kəs Dağlıq Qarabağa baş çəkməyəcək: “Lukaşenko
Lapşini Azərbaycana verdi. Bu onu göstərir ki, bizim diplomatik
təsirimiz Belarus prezidentini dayandıra bilmədi. Əgər bütün
bunlardan sonra Ermənistan tərəfi sərt reaksiya verməyəcəksə, bu,
onu göstərəcək ki, Azərbaycan bizi 10:0 hesabla parça-parça böldü,
sındırdı. Xaricilər daha Qarabağa gəlməyəcəklər”.
D.Sanasaryan qeyd edib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya iqtisadi İttifaqındakı
müttəfiqi əslində Azərbaycanın müttəfiqidir.
“Bu iki təşkilatda təmsil olunan ölkələrin hamısı Azərbaycanın
müttəfiqidir”, - deyə o vurğulayıb.
Asif
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO







.webp)







.jpg)



















