Nida Xəbər
Səfirlər Sumqayıtda alman əsirləri məzarlığını ziyarət etdilər - FOTO
Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke, Macarıstanın səfiri Tamaş Torma, Avstriya Respublikasının səfiri Ettienn Berxtold və Rumıniyanın səfiri Vasile Soare Sumqayıt şəhərində yerləşən alman əsirləri məzarlığını ziyarət ediblər.
Publika.az xəbər verir ki, ziyarət zamanı hərbi əsirlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və tər gül dəstələri qoyulub, burada dəfn olunanların xatirəsi ehtiramla yad edilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Azərbaycanda İkinci Dünya müharibəsi zamanı əsir düşmüş hərbçilərin dəfn olunduğu 11 məzarlıq mövcuddur. Ümumilikdə 2986 məzarın olduğu həmin məzarlıqlardan biri Sumqayıt şəhərində yerləşir.
Qeyd olunub ki, Sumqayıtdakı məzarlıqda dəfn edilmiş 311 hərbi əsirdən 269-u alman, digərləri isə avstriyalı və macardır. Həmin əsirlər Sumqayıt şəhərinin salınmasında iştirak edib, müxtəlif səbəblərdən vəfat edərək burada dəfn olunublar.
Vurğulanıb ki, məzarlığın qorunması və ona qulluq göstərilməsi daim diqqət mərkəzində saxlanılır, ərazidə mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Bu münasibət Azərbaycanın humanizm dəyərlərinə və tolerantlıq ənənələrinə sadiqliyinin təzahürüdür.
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə17:05Naxçıvanda yasa gedən 11 nəfər dəhşətli qəzaya düşdü - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR












.webp)








.png)

.png)

















