Azərbaycan NATO-nun mənzil-qərargahında keçirilən xeyriyyə tədbirində təmsil olundu
Bizi izləyin

Nida Xəbər

Azərbaycan NATO-nun mənzil-qərargahında keçirilən xeyriyyə tədbirində təmsil olundu

Azərbaycan NATO-nun mənzil-qərargahında keçirilən xeyriyyə tədbirində təmsil olundu

Azərbaycanın NATO yanındakı Nümayəndəliyi və Hərbi Nümayəndəliyi alyansın mənzil-qərargahında keçirilən xeyriyyə tədbirində ("NATO Charity Bazaar") fəal iştirak edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı Nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, 40 ölkənin bir araya gəldiyi tədbirdə Azərbaycan stendində milli məhsullar və milli mətbəx nümunələri nümayiş etdirilib.

Tədbiri NATO-nun Beynəlxalq Katibliyinin və Beynəlxalq Hərbi Qərargahının yüksəkvəzifəli rəsmiləri, alyansa üzv və tərəfdaş ölkələrin səfirləri, hərbi nümayəndələri, eləcə də digər qonaqlar ziyarət ediblər. Milli məhsullar və zəngin Azərbaycan mətbəxinin təqdim olunduğu stend ziyarətçilərin böyük marağına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm