Bakıdan İrəvana öldürücü Lapşin ZƏRBƏSİ: ermənilər küçələrə axışır, Sarkisyan...
Bizi izləyin

Nida Xəbər

Bakıdan İrəvana öldürücü Lapşin ZƏRBƏSİ: ermənilər küçələrə axışır, Sarkisyan...

Ermənilər küçələrə axışır, Sarkisyan...

Rəsmi Bakının təkidi ilə Belarusun Dağlıq Qarabağa qanunsuz səfər edən bloger Aleksandr Lapşini Azərbaycana ekstradisiya etməsi Ermənistanda qorxuya və isterikaya səbəb olub.

Publika.az
xəbər verir ki, erməni siyasətçilər Belarusu ittiham etməklə yanaşı, rəsmi İrəvanı da uğursuz diplomatiyada günahlandırırlar.

Erməni siyasətçilər Lapşinin ekstradisiyasını “İlham Əliyevin növbəti zərbəsi” olaraq da qiymətləndirirlər.

Artıq İrəvanda xalqı küçələrə dəvət edən çağırışlar səslənməkdədir.

Erməni deputat Nikol Paşinyan vətəndaşları bu gün saat 15:00-da Belarusun Ermənistandakı səfirliyinin önündə etiraz aksiyası keçirməyə dəvət edib.

“Hesab edirəm ki, Ermənistan Belarusdakı səfirini geri çağırmalıdır”, - deyə o bildirib.

Onun etiraz aksiyası çağırışına hakim Respublika Partiyasından Xosrov Arututyan da qoşulub.

Ermənistan müxalifətinin “Yerk” seçki bloku isə artıq Belarus səfirliyinin önündə etiraz aksiyası təyin edib. Blok bildirib ki, aksiya bu gün saat 15:00-da baş tutacaq.

Hakim Respublika partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan isə Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) təşkilatında fəaliyyətini dondurmaq məsələsini qaldırmaq təklifi ilə çıxış edib.

“Belarus artıq ilk dəfə deyil ki, Azərbaycana dəstək verir. Aleksandr Lapşinin ekstradisiyası da bunu sübut edir. Bu, KTMT-də müttəfiqlik prinsipinə ziddir. Biz Belarusun KTMT-də fəaliyyətinin dayandırılması məsələsini qaldırmalıyıq”, - deyə o bildirib.

Deputat Naira Zoqrabyan isə Ermənistanın KTMT-də üzvlüyünün dondurması təklifini irəli sürüb.

“Əgər Ermənistan özünü ləyaqətli dövlət hesab edirsə, onda KTMT-də üzvlüyünü dondurmalı və Belarusdakı səfirini geri çağırmalıdır”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm