Nida Xəbər
Türkiyə raketlərini Ermənistana tuşlayır – S-400-lər SƏRHƏDDƏ
Türkiyə Rusiyadan S-400 raket sistemlərinin alınması
üçün 2,5 milyard dollar ödəməyə razılaşıb. Bu ilk növbədə NATO üzvü
olan Türkiyənin Şimal Alyansı ilə əks cəbhədə dayanan Rusiya ilə
müqavilə imzalanması, digər tərəfdən, alınan raketlərdən birinin
Ermənistana tuşlanması ehtimalı kontekstində diqqət
çəkir.
Publika.az xəbər verir ki, “Bloomberg”ə danışan
Türkiyə hökumətindəki mənbə gələn il Rusiyadan uzaq və orta
mənzilli S-400-lərin gətiriləcəyini açıqlayıb.
Onun sözlərinə görə, bundan sonra Türkiyə Rusiyadan daha iki raket
sistemi alacaq.
NATO ilə gərginlik
Türkiyə hələ ötən əsrin 50-ci illərindən NATO üzvüdür. “Soyuq
müharibə” dövründə Türkiyə SSRİ ilə sərhəddə yerləşən ölkə kimi
strateji önəmə sahib idi. Sonrakı dövrlərdə də Türkiyə strateji
baxımdan NATO üçün vazkeçilməz üzv olub. Lakin son dövrlər Ankara
ilə ittifaq arasında soyuqluq müşahidə olunur. Buna səbəb Ankaranın
Suriya və İraqda hərbi əməliyyatlar keçirməsi və müstəqil xarici
siyasət yürütməsi, həmçinin, NATO-nun 15 iyul dövlət çevrilişi
cəhdində rol oynaması kimi faktların gündəmə gəlməsi kimi
hadisələrdir. İttifaqla Türkiyə arasındakı gərginliyin səbəbləri
kimi bir çox məqamı da qeyd etmək olar. Lakin faktiki olaraq, bu
gərginlik fonunda Türkiyənin çox güclü raket sistemi hesab olunan
S-400-ləri Rusiyadan alması suallara yol açır. Şübhəsiz ki,
Türkiyənin Rusiyaya üz tutmasının əsas səbəblərindən biri NATO
müttəfiqlərinin heç birinin ona belə bir raket sistemi satmaq
istəməməsidir. Amma ümumi mənzərədə Türkiyə-Rusiya yaxınlaşması da
hiss olunur.
Strateji analiz mərkəzinin direktor müavini Konstantin Makienko
qeyd edir ki, Rusiya ilə raket sazişi ABŞ və Avropanın Türkiyəni
məyus etdiyinin açıq əlamətidir: “Lakin hələ konkret nəsə demək
çətindir”.
Raketlər Ermənistana tuşlanır?
“Bloomberg” yazır ki, Türkiyənin bu raket sistemini Rusiyadan
almasının digər səbəbi NATO-nun Ankaraya verəcəyi raket sistemləri
ilə bağlı qoyduğu qadağalardır.
“NATO Türkiyəyə raket sistemləri verərkən, onların Yunanıstan və
Ermənistan sərhədlərinə yerlədirilməsinə qadağa qoyur. Rusiya ilə
razılaşmada isə Türkiyənin bu sistemlərdən istədiyi yerdə istifadə
etmək hüququ qeyd olunur”, - deyə nəşr yazır.
Bu o deməkdir ki, Türkiyə Rusiyadan alacağı raket sistemlərindən
birini Ermənistanla sərhədə yerləşdirə bilər.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK