Nida Xəbər
Qarabağdan gələn terrorçular sərhədimizə yerləşir – Azərbaycana qarşı XAİN PLAN
PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə
təşkilatlanmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əsilsiz
Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel
Gülbey deyib.
Onun iddiasına görə, Tiflisdə təşkilatlanan terrorçular Azərbaycana
da sızmaq istəyir: “PKK-nın Gürcüstanda təşkilatlanması ilə yanaşı,
Tiflisdə Ermənistan dövləti və Ermənistan Diaspor Nazirliyi
tərəfindən maddi dəstək verilən “Kürdüstan Yezidilər İttifaqı” da
fəaliyyət göstərir. Həmçinin, özlərinə tərəfdar toplamaq və
təbliğat aparmaq üçün Gürcüstanda “Gilavej” (Sabah ulduzu) adlı
jurnal da nəşr etdirirlər. Bütün bu təşkilatlanmanı PKK-nın
Gürcüstan üzrə nümayəndəsi Abdülrehman Pariyev adlı şəxs həyata
keçirir. Bu şəxsə kömək edən və Azərbaycandakı tərəfdarları ilə
bağlantı quran şəxs Osman Baydemirdir. Bu şəxsin kod adı
“Avroman”dır və Türkiyədə axtarışda olan PKK üzvlərinin siyahısında
yer alırlar”.

G.Gülbey qeyd edib ki, PKK üzvləri Ermənistandakı düşərgələrdə
təlim keçdikdən sonra Gürcüstanda təşkilatlanan yezidi kürdlərdən
dəstək alaraq, Qara dəniz bölgəsinə gəlirlər.
“Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində
qərargah quran və Göyçə gölü yaxınlığındakı “Vardanes” düşərgəsində
təlim keçən PKK üzvləri Gürcvüstandakı yezidi kürdlərin dəstəyi ilə
Qara dəniz bölgəsinə keçir və terror aktlarının törədilməsi üçün
kəşfiyyat aparırlar. Ermənistan Rize və Artvin bölgəsində yaşayan
hemşinlər üzərində də oyun oynayır. Belə ki, həmşinlərin erməni
əsilli olduğu iddia olunur və təəssüf ki, ermənilər bəzi həmşinləri
buna inandırmağı bacarıb. Erməni olduqlarına inanan həmşinlər
bölgədə HDP ilə birgə hərəkət edrək, PKK-ya dəstək verirlər”, -
deyə o vurğulayıb.
Asif
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar





































