Nida Xəbər
Ermənistanın nəfəsliyi bağlanır, Azərbaycan... - “Qitələrarası körpü” STATUSU
“Azərbaycan üçün indiki məqamda ən vacib strateji
hədəflər, bu zamana qədər olduğu kimi, düzgün siyasət yürütməklə
ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin
işləməsinə əngəl ola biləcək mövcud risklərin önlənməsi, bu
layihələrlə bağlı inteqrasiya və əməkdaşlıq trendinin saxlanılması,
bütün maraqlı tərəflər üçün fayda verəcək imkanların gündəliyə
gətirilməsi və təşviqidir. Bu baxımdan ölkəmiz üçün “Şimal-Cənub”
nəqliyyat dəhlizinin Qərb marşrutunun işləməsi strateji əhəmiyyət
kəsb edir”.
Publika.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elçin
Mirzəbəyli Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda
keçirdikləri görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, bu marşrut Rusiya ərazisində Həştərxan və
Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya,
daha sonra isə Astara-Rəşt-Qəzvin yeni dəmir yolu vasitəsilə İran
dəmir yollarına birləşir.
E.Mirzəbəyli “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin
bütövlükdə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən
meqa-layihə olduğunu qeyd edib.
“Layihə ilə bağlı ilk saziş 2000-ci il sentyabrın 12-də
Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında
imzalanıb. Sonradan Azərbaycan, Belarus, Bolqarıstan, Qazaxıstan,
Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə və
Ukrayna da “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulublar.
Layihə 3 əsas marşrut üzrə – Transxəzər, Şərq və Qərb marşrutu üzrə
həyata keçirilir. Bu dəhlizlə Cənubi-Şərqi Asiyadan Avropaya
yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək. Yüklərin Süveyş
kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət
ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər
daha etibarlı yolla mənzil başına çatdırılacaq. Təqribi
hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox
vəsaitin qənaət edilməsi imkanı var. Bir sözlə, Avropa və Hind
okeanı hövzəsi arasında tranzit yükdaşımalardan böyük həcmli
dividentlər əldə olunmasına imkan yaradır. Layihənin Qərb marşrutu,
yəni Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə
Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam
etdirilən Astara-Rəşt-Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir
yollarına birləşən xəttin işləməsi strateji əhəmiyyət kəsb edir.
Dəhliz vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük
əksəriyyətinin daşınmasında dəmir yolunun və avtomobil
nəqliyyatının iştirakı nəzərdə tutulur ki, burada əsas amil kimi
yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda və
uzaq məsafəyə daşınması götürülür. Nəzərə almaq lazımdır ki,
iqtisadi səmərəliliyi ilə yanaşı, “Şimal-Cənub” beynəlxalq
nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənub
Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin
möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq
nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir”, -
deyə o bildirib.

E.Mirzəbəli əlavə edib ki, Azərbaycan Rusiyanın Cənuba, İranın isə
Şimala önünü açmaqla region üçün geosiyasi sabitliyin təmin
edilməsi və risklərin önlənməsidə mühüm rola malik olur:
“Qitələrarası körpü” statusu Azərbaycanın perspektivi və qlobal
müstəvidə mövqeyi baxımdan çox vacibdir. Geosiyasi risklərin
getdikcə artdığı və qlobal miqyasda rəqabət və qarşıdurma
meyllərinin güclənməsi fonunda Azərbaycanın bu rolu ölkənin sabit
məcrada inkişafına yeni təminatlar yarada biləcək potensiala
malikdir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm də çox
mühüm geosiyasi layihədir və Cənub Qafqaz regionunda, Xəzər
bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni
imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə
bağlı planlarının və bu müstəvidə bəzi dövlətlərin ölkəmizə qarşı
manipulyativ davranışlarının üzərindən xətt çəkir. Bu marşrut eyni
zamanda Azərbaycan-İran-Rusiya üçtərəfli formatının inkişafı
baxımından da önəmlidir və hər 3 ölkənin konkret layihə
müstəvisində strateji maraqlarının uzlaşmasına xidmət edir. Sirr
deyil ki, Ermənistan mütəmadi olaraq real perspektivi olmayan
layihələri gündəmə gətirməklə Azərbaycan-İran, Azərbaycan-Rusiya
münasibətlərində gərginlik yaratmağa cəhd göstərir. Ermənistanın
ayrı-ayrı rəsmi səfərlər çərçivəsində ortaya atdığı
İran-Ermənistan-Gürcüstan-Rusiya, yaxud
İran-Ermənistan-Gürcüstan-Bolqarıstan-Yunanıstan və bu qəbildən
olan digər nəqliyyat dəhlizləri təşəbbüsləri əslində Azərbaycanın
iştirakçısı olduğu real layihələr ətrafında ziddiyyətlərin
yaranmasına xidmət edən təxribat xarakterli mülahizələrdən başqa
bir şey deyil. Ermənistanın təşəbbüsləri ilə bağlı ən maraqlı
deyimlərdən biri “Rusiya Dəmir Yolları”nın sabiq prezidenti
Vladimir Yakuninə məxsusdur. Vladimir Yakuninin qənaətinə görə,
İran-Ermənistan dəmiryolu xətti layihəsi ideyası öz divarından
qonşunun divarına doğru dəlik açmaqdan başqa bir şey deyil.
Qonşunun divarında dəlik açmaq isə ermənilərin köhnə
ənənəsidir”.

Siyasi şərhçi bildirib ki, əslində ermənilərin qonşunun divarında
dəlik açmaqdan uzağa gedə bilməyəcək təşəbbüslərinin fantastik
olduğunu da söyləmək olar.
“Amma təəssüf ki, bəzən bir sıra dövlətlər öz geosiyasi maraqları
üçün hətta fantastik mülahizələrdən də istifadə etməyi məqbul
sayırlar. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi isə
Ermənistanın fantastik təşəbbüsləri ilə yanaşı bu təşəbbüslərdən
yararlanmağa çalışan dairələrin iddialarını da sıradan çıxarır və
region dövlətlərinin real perspektivlər üzərindən əməkdaşlığına
zəmin yaradır, Azərbaycanın geosiyasi qitədən-qitəyə körpü
statusunu daha da möhkəmləndirir. Və təbii ki, divardakı bütün
dəlikləri qapadır”, - deyə o vurğulayıb.

E.Mirzəbəyli Avropa ilə Asiya arasında körpü statusunun
Azərbaycanın perspektivi və qlobal müstəvidə mövqeyi baxımdan da
çox vacib olduğunu diqqətə çatdırıb: “Geosiyasi risklərin getdikcə
artdığı, qlobal miqyasda rəqabət və qarşıdurma meyllərinin
güclənməsi fonunda Azərbaycanın bu rolu ölkənin sabit məcrada
inkişafına yeni təminatlar yarada biləcək potensiala malikdir.
Beynəlxalq nəqliyyat dəhlizləri, xüsusən “Şimal-Cənub” nəqliyyat
dəhlizi layihəsinin gerçəkləşməsinin çox mürəkkəb geosiyasi məkanda
yer alan Azərbaycanın dünya güclərinin getdikcə kəskinləşən qlobal
rəqabətindən qorunmasına, yaxud bu proseslərin neqativ təsirinin
azaldılmasına zəmin yaratdığı da nəzərə alınmalıdır. Bu baxımdan da
Azərbaycan ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin işə
salınmasını strateji hədəflər kimi nəzərdən keçirir və bu müstəvidə
öz mühüm rolunun gündəlikdə qalması üçün maksimum səylər
göstərir”.
Asif
-
Hadisə20:48Erkən nikahın qarşısı alındı - Neftçalada
-
Nida Xəbər 19:00Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?
-
Rəsmi xronika17:24Prezident generalı vəzifəsindən azad etdi - FOTO
-
Nida Xəbər 17:07“Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək...” - Sirlər açılır
-
Dünya15:40Şimali Kiprdə yeni prezident and içdi: Tufan Erhürman kimdir?
-
Magazin113:57"Tamaşaçı da elə bilir ibadət edirəm” - Alim Qasımov
-
Region13:20Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Çox yüksək səviyyədə...
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır














.jpg)








.webp)











