Nida Xəbər
Sarkisyan rusların planından imtina etdi - Qorxulu QARABAĞ AÇIQLAMASI
Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağla
bağlı Rusiyaya məxsus “Lavrov planı”nın mövcudluğunu inkar edib və
münaqişənin həlli ilə bağlı danışıqların ruhuna zidd açıqlamalar
verib.
Publika.az xəbər verir ki, “Ermənistan” telekanalına müsahibə verən
Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan
danışıqlarda konkret bəndlərin müzakirə edilmədiyini bildirib.
Onun iddialarına görə, hazırda proses iki istiqamət üzrə
irəliləyir: “Birincisi, gərginliyin azaldılması. İkincisi,
gərginliyi aradan qaldırmağa imkan verəcək nəzarət mexanizmlərinin
qurulması. Yalnız bunlardan sonra hansısa sənədlər üzrə müzakirələr
mümkün olacaq. Eyni vaxtda güllələmək və danışıq aparmaq mümkün
deyil. Bu şəraitdə razılığa gəlmək də mümkün deyil. Atəşkəsin
pozulması gərgin vəziyyət yaradır”.
Sarkisyan deyib ki, münaqişənin həlli ilə bağlı gündəmə gələn
“Lavrov planı” mövcud deyil.
“Danışıqlar masasında hansısa konseptual sənəd yoxdur. Lavrov
Ermənistana sonuncu səfəri zamanı Qarabağla bağlı hansısa təkliflər
gətirməmişdi”, - deyə Sarkisyan iddia edib.
Hərçənd, Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddət öncə
“Qarabağ münaqişəsi ilə bağlı ümumi razılıqlar var, sadəcə olaraq,
bəzi kiçik detallar müzakirə olunur” deyə açıqlama vermişdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lavrovun ötən ay Bakı və İrəvana səfəri zamanı da Qarabağla bağlı
yeni təkliflər gəıtirdiyi deyilirdi.
Sarkisyan bu açıqlamaları isə işğalçı ölkənin münaqişənin həllində
maraqlı olmadığını və regionda yeni müharibəyə təhrik etdiyini bir
daha göstərir.
Asif
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında















.jpg)



















