Elman Rüstəmov: “Manat cəmi 11 faiz ucuzlaşıb”
Bizi izləyin

Pul

Elman Rüstəmov: “Manat cəmi 11 faiz ucuzlaşıb”

"Ölkə iqtisadiyyatı davamlılıq və dayanıqlıq nümayiş etdirir”

“Ötən 9 il ərzində 2008-ci ildən bəri davam edən iqtisadi böhrandan yalnız bu il baş verən böhranı hiss etmişik”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov deyib ki, Mərkəzi Bankın idarəolunan məzənnə rejiminin manatın məzənnəsində təsiri olub:

“Cari ildə 2016-cı ilin əvvəli ilə müqayisədə manat cəmi 11 faiz ucuzlaşıb. Bu ilin yekunlarını nəzərə alsaq, ölkə iqtisadiyyatı qlobal çətinliklərə və yenidən balanslaşdırma proseslərinə baxmayaraq, davamlılıq və dayanıqlıq nümayiş etdirir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm