Qırmızı.az
Müdafiə nazirindən tərxis olunmuş generallarla bağlı şok qərar
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir müddət əvvəl ordudan təxris olunan bir qrup generalı “Usta dərəcəsi”ndən məhrum edib. AzNews.az-a daxil olan məlumata görə, bu barədə əmr Zakir Həsənov tərəfindən verilib və səbəb kimi isə onların xidmət zamanı nöqsanlara yol verildiyi göstərilib.
Ehtiyatda olan generallardan biri bu xəbəri təsdiqləyərək, bildirib
ki, yüksək rütbəli zabitlərin “Usta dərəcəsi”nin alınması
ədalətsilikdir: “İlk növbədə bu xidmət zamanı əldə olunan
nəaliyyətdir. Bunun üçün Silahlı Qüvvələrin komissiyası qarşısında
hərbi nəzəriyyə, idman və döyüş hazırlıqları üzrə imtahanlarda
iştirak etmişik. İllər ərzində bir neçə istiqamət üzrə verilən
imtahanların yekunu olaraq, zabitlərə, yəni bizə “Usta dərəcəsi”
verilib”.
Etirazını bizimlə bölüşən ehtiyatda olan general əlavə edib ki,
“Usta dərəcəsi”nin vəzifə səlahiyyəti və birbaşa xidmətlə heç bir
əlaqəsi yoxdur. Yəni xidmətdə olan istənilən zabit bu dərəcələri
qazanmaq üçün müvafiq vaxtlarda imtahanda iştirak edə bilər.
Bizimlə - orduda uzun illər xidmət edən, silahlı qüvvələrin
quruculuğunda az-çox əməyi olan Azərbaycan generallarına qarşı belə
cılız hərəkət düzgün deyil və Müdafiə Nazirliyinə başucalığı
gətirmir. İkicisi, bu, qanun pozuntusudur. Həmin dərəcələr imtahan
verə bilmədikdə azaldıla bilər. Bizsə imtahanda i.tirak
etməmişik”.
Adının şəkilməsini istəməyən general deyib ki, bu dərəcənin
alınması həm də onların təqaüdlərinin azalmasıdır: “Bizə qaşı belə
cılız hərəkətlər başadüşülən deyil. Hər şeyin bir əndazəsi var.
Ümumiyyətlə generalların o şəkildə təxris edilməsi belə düzgün
deyildi. Gərək nazir generalları şəxsi heyyət qarşısından hörmətlə
yola salardı. Axı bizim xidmətimiz var. Bunu etmədilər. Hələ bu
azmış kimi dərəcəmizi də alırlar”.
Bununla bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənmək üçün qurumun
mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəisi,
polkovnik-leytenant Vaqif Dərgahlı AzNews.az-a bildirdi ki, təxris
olunan generalların dərəcələrinin alınması ilə bağlı məlumatı
yoxdur. O, deyib ki, bu cür xəbərlər tamamilə əsassızdır və
təxribat xarakter daşıyır.
Xatırladaq ki, Zakir Həsənovun müdafiə naziri vəzifəsinə
təyinatından sonra sabiq nazir, general-polkovnik Səfər Əbiyev
başda olmaqla 8 general - Silahlı Qüvvələr Baş Qərargahının
Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant
Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi,
general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi,
general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə
İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Silahlı Qüvvələrin
Hərbi Akademiyasının sabiq rəisi, general-mayor Nəcəf Qəmbərov,
Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor
Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti
general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi
Tibb İdarəsinin sabiq rəisi) Silahlı Qüvvələrdən ehtiyata
göndəriliblər.
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi