• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ceyhun Osmanlının Birliyi bağlandı

Ceyhun Osmanlının Birliyi bağlandı

"İrəli" İctimai Birliyinin bağlanması barədə qərar verilib.

“Axar.az”-ın əməkdaşının əldə etdiyi məlumata görə, bu dəqiqələrdə təşkilatın yerləşdiyi ofisin boşaldılmasına başlanılıb.

Məlumata görə, “İrəli”nin dövlət səviyyəsində dəstəklənməsinə artıq son verilib.

“İrəli”nin ofisdən çıxarılması təşkilata ayrılan maliyyənin dayandırılması ilə izah edilir. Maliyyənin dayandırılmasının əsas səbəbi kimi isə Elnur Aslanovun Prezident Administrasiyasından uzaqlaşdırılması və Ceyhun Osmanlının bu Birlik vasitəsilə Gülən hərəkatı ilə əlaqələri göstərilir. Qeyd olunur ki, təşkilatın Gənclər Fonduna təqdim etdiyi layihələrin heç biri keçməyib. Bu barədə saytımızda 6 may tarixində “İrəli”: Gənclər Fondunun qara siyahısında” başlıqlı yazıda ətraflı məlumat vermişdik.

Məsələ ilə bağlı “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevlə əlaqə saxlamağa çalışdıq. “İrəlinin ofisdən çıxarılması ilə bağlı yayılan məlumatlar nə qədər doğrudur?” sualını eşidən R.Mərdiyev telefon əlaqəsini kəsdi. Sonrakı zənglərimiz isə cavabsız qaldı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR