• USD 1,7008 +0,01% EUR 2,0342 +0,65%
    • GBP 2,3097 +0,68% RUB 0,0294 +0,68%

Ceyhun Osmanlının qardaşının vəzifəsi kiçildildi

Ceyhun Osmanlının qardaşının vəzifəsi kiçildildi

Millət vəkili Ceyhun Osmanlının qardaşı Faiq Osmanlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Göyçay Rayonlararası Mühafizə bölməsinin rəisi vəzifəsindən azad olunub.

Vəzifəsi kiçildilərək Ağdaş rayon Mühafizə Bölməsinin rəisi vəzifəsinə təyin olunub. "Qafqazinfo" xəbər verir ki, Mühafizə Bölməsinin kadrlar şöbəsindən məlumatı Aktual.az-a təsdiqləyərək bildiriblər ki, Osmanlı Faiq Yunis oğlu may ayının 23-dən Ağdaş rayon Mühafizə Bölməsinin rəisi vəzifəsində çalışır.

Məlumat üçün bildirək ki, Aznews.az saytı deputatın atası, Göyçay Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Yunis Osmanovun Ağdaşdakı imarətinin mühafizəsini oğlu Faiq Osmanlının rəhbəri olduğu bölmənin əməkdaşları tərəfindən həyata keçirildiyi, Mühafizə Bölməsinin xidməti avtomobillərinin burada istifadə olunması və bölmənin işçilərinin ərazinin mühafizəni təmin etməsi barədə xəbər yaymışdı.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>