Qırmızı.az
Həbsxanalarda elektron köşklər quraşdırılacaq
Penitensiar müəssisələrdə əmək bazarına dair elektron məlumat köşkləri quraşdırılacaq
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin əmək bazarında mövcud vəziyyət və vakansiyalar barədə məlumat əldə edə bilmək imkanlarına malik olması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həmin müəssisələrdə elektron məlumat köşklərinin quraşdırılması nəzərdə tutulur.
Publika.Az xəbər verir ki, bu tədbir Dövlət Məşğulluq Xidmətinin cari ilə dair Tədbirlər planında əksini tapıb. Yaxın vaxtlarda cəza çəkməkdən azad ediləcək şəxslər elektron məlumat köşkləri vasitəsilə əmək bazarında tələb olunan peşə və ixtisaslar, həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən peşə hazırlığı kurslarının təşkili, bu kurslara cəlb olunma qaydaları barədə məlumat ala biləcəklər.
İşsiz və iş axtaran vətəndaşların boş iş yerləri haqqında məlumat əldə etmək imkanlarının genişləndirilməsi üçün artıq 20-yə qədər ali təhsil müəssisəsində, bütün rayon (şəhər) Məşğulluq Mərkəzlərində və Əmək birjalarında, Regional Peşə Tədrisi Mərkəzlərində, müxtəlif bölgələrdə əhalinin sıx toplaşdığı yerlərdə, ümumilikdə 129 yerdə belə köşklər quraşdırılıb.
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi