Sosial müdafiə sahəsində İKT-nin tətbiqi müzakirə olunur
Bizi izləyin

Qırmızı.az

Sosial müdafiə sahəsində İKT-nin tətbiqi müzakirə olunur

Bu gün Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə beynəlxalq seminar öz işinə başlayıb.

2 günlük tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilarların, 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının, Azərbaycan Respublikasının dövlət orqanlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak edirlər.

Beynəlxalq seminarda açılış nitqi söyləyən DSMF-nin sədri Elman Mehdiyev tədbirdə iştirak edən qonaqları salamlayaraq ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edən hərtərəfli inkişaf siyasəti barədə geniş məlumat verib.

Fond sədri müasir şəraitdə dünyada qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət almasında sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyalarının (İKT) mühüm əhəmiyyətindən danışaraq qeyd edib ki, IKT-dən geniş istifadə olunmasının ölkələrin inkişafında müstəsna rolu danılmaz reallıqdır.

Müasir şəraitdə İKT-nin və elektron xidmətlərin sosial müdafiə sistemlərinin müasirləşdirilməsinə, bu sahədə davamlı innovativ tədbirlərin, genişmiqyaslı proqramların həyata keçirilməsinə, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına təsiri daim artmaqdadır.

Fond sədri Azərbaycanda İKT-nin davamlı və hərtərəfli inkişafı istiqamətində məqsədyönlü, kompleks və ardıcıl fəaliyyət həyata keçirildiyini qeyd edərək ölkəmizin bu sahədə mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

E.Mehdiyev daha sonra bildirib ki, İKT-nin uğurlu tətbiqi nəticəsində DSMF-nin bütün orqanlarında müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunub, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək Fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb, əhaliyə və sığortaedənlərə göstərilən xidmətlər müasirləşdirilərək bu sahədə elektron xidmətlərin tətbiqi tam inkişaf etdirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulması, əhaliyə xidmət sahələrində şəffaflığın təmin olunması sahəsində aparılan islahatlardan söz açıb. Nazir bu istiqamətdə əhəmiyyətli nailiyyətlərin əldə olunmasında İKT-nin və elektron xidmətlərin geniş tətbiqinin xüsusi rol oynadığını vurğulayıb.

Prezidentinin Administrasiyasının Sosial siyasət məsələləri sektorunun müdiri Mehman Tağıyev vətəndaşların pensiya təminatının Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyərək, son on il ərzində əldə olunan davamlı iqtisadi yüksəliş, həyata keçirilən islahatlar və sosial müdafiə sisteminin müasir əsaslarla təkmilləşdirilməsinin ölkəmizdə sosial problemlərin həllində önəmli əhəmiyyətə malik olduğunu, pensiyaçıların rifah halının yaxşılaşmasına imkan yaratdığını vurğulayaraq Azərbaycanda sığorta-pensiya sistemində İKT-nin səmərəli tətbiqini qeyd edib.

Oktyabrın 23-də seminar öz işini davam etdirəcək.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm