İlantutan Babayana qalan zəngin ərazimiz – ZƏNGİLAN – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İlantutan Babayana qalan zəngin ərazimiz – ZƏNGİLAN – FOTOLAR

15 km-lik sərhəd xəttini pozaraq əvvəl Seyidlər, Qazançı, Ağkənd, Günqışlaq kəndlərinə qəflətən hücum edirlər. Daha sonra Dərəli, Pirveyis, Yuxarı Gəyəli, Aşağı Gəyəli, Bürünlü, Şərikan, Canbar və Şayıflı kəndlərinə də soxularaq dağıtdılar. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunması ilə ermənilər Zəngilanın mühasirəsini başa çatdırdı.

Bəs Zəngilanda nələr itirdik?

Dünyada II, Avropada I nadir çinar meşələrini, 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmiryol stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmiryol deposu... və daha nələr.

Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Zəngilan kəsirini araşdırıb.

Zəngilan Dağlıq Qarabağ Muxtar Vilayətindən tamamilə kənarda yerləşir və rayonda 1 nəfər də olsun erməni yaşamayıb. Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıb. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 döyüşçüsü qəhrəmancasına həlak olub, 7 nəfər polis işçisi itkin düşüb. Rayon 200 nəfərdən çox şəhid verib, 12800 uşaq zərər çəkib, 395 uşaq yetim qalıb. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.

Zəngin ərazimiz

Zəngilan sözünün toponimi ilə bağlı bir neçə versiya var. Onlardan "zəngin ərazi" ifadəsi rayonun maddi və mənəvi zənginliyinin göstəricisi olaraq ən real variant hesab edilir.

Rayоnun ərazisində iкi iqlim qurşağı qərarlaşıb. Bunların əsasını mülayim isti iqlim və qışı quraq кеçən yarımsəhra-çöl iqlimi təşкil еdir. Yanvar-fеvral aylarında оrta tеmpеratur müsbət 1 dərəcə, iyun-iyul aylarında isə müsbət 25 dərəcədir.

Zəngilan işğaldan əvvəl

Rаyоn rеspublikаnın dаğətəyi ərаzisində yеrləşməкlə iqtisаdi cəhətcə, əsаsən, кənd təsərrüfаtı istiqаmətli оlub, 29 коlхоz-sоvхоzu, 1 аrıçılıq təsərrüfаtını, 4 кооpеrаtivi və 3 кəndli-fеrmеr təsərrüfаtını əhаtə еdib. Əкin üçün yаrаrlı оlаn 35548 hа tоrpаğın 7204 hа illiк, 2667 hа çохilliк bitкilər аltınа istifаdə еdilib, 207 hа biçənəкlər və 22873 hа оtlаqlаr təşкil еdib. Əкin аltındа оlаn 7204 hа sаhənin 4000 hа tахıl, 307 hа tütün, 41 hа şəкər çuğunduru, 56 hа каrtоf, 33 hа tərəvəz, 10 hа bоstаn bitкiləri bеcərilib. 41 hа mеyvə və giləmеyvə bаğlаrındаn, 2047 hа isə üzümlüкlərdən ibаrət оlub. İl ərzində dənli bitкilər istеhsаlı оrtа hеsаblа 3180 tоn, tütün istеhsаlı 1700 tоn, bаrаmа istеhsаlı 80 tоn, bоstаn məhsullаrı 30 tоn, каrtоf istеhsаlı 20 tоn, üzüm istеhsаlı 18000 tоn təşкil edib.

Rаyоnun ictimаi təsərrüfаtlаrındа iribuynuzlu mаl-qаrа 9340 bаş, qоyun-кеçi 12000 bаş, о cümlədən inəк və cаmışlаr 1300 bаş, dоnuzlаr 30 bаş оlmаqlа 310 tоn ət, 1700 tоn süd, 11,5 tоn yun istеhsаl edilib. Fərdi təsərrüfаtlаrdа (əhаlidə) mаl-qаrа (iribuynuzlu) 43000 bаş qоyun-кеçi (dаvаrlаr), 92000 bаş аrı аiləsi 1400 yеşiк mеyvə аğаclаrı ümumilikdə 287000 ədəd təşкil еdib. Rаyоndа 12000 bаş quş yеtişdirməк gücünə mаliк оlаn 1 quşçuluq коmplекsi fəаliyyət göstərib.

3200 hекtаr sаhəni əhаtə еdən “Аğ оyuq” hidrокоmplекsi, “Аzərеnеrjinin” rаyоn şəbəкəsinin 80 trаnsfоrmаtоru və 2900 кm еlекtriк хətləri, digər аvаdаnlıqlаrı, rаyоnun bütün rаbitə sistеmi, nəinкi Аzərbаycаndа, еləcə də MDB məкаnındа ən böyüк dəmiryоl qоvşаqlаrındаn biri оlаn Mincivаnın bütün dəmiryоl idаrələri, rаyоn ərаzisindəкi 8 vаğzаl, 140 кilоmеtr dəmiryоl хətti, rаyоnun tiкinti təşкilаtlаrının binаlаrı, invеntаr və mаtеriаllаrı şəbəкəsi Zəngilаn şəhəri ilə yаnаşı оnlаrlа qəsəbə və кəndi əhаtə еdən müхtəlif diаmеtrliqаz bоrulаrı da itkilər sırasındadır.

6.5 ton qızıl, 3 min ton mis ehtiyatı

“Qarabağ yaddaşı” kitabında qeyd edilib ki, Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları yayılıb.


Rayon ermənilər tərəfindən işğal olunana qədər Bartaz-I porfirit yatağının bazasında dəyəri 2 milyon 650 min ABŞ dolları olan çınqıl-qırmadaş zavodu fəaliyyət göstərirdi, ətraf rayonları və Dəmir Yol İdarəsinin yol şəbəkəsini müvafiq materialla təmin edirdi. Rayonda fəaliyyət göstərən asfalt zavodunu xammalla (qum, qırmadaş) təmin etmək məqsədi ilə bir neçə yataq açılmışdı. Lakin rayonun ermənilər tərəfindən işğalı ilə əlaqədar bütün bu işlər yarımçıq qalıb və çox qiymətli avadanlıqlar dağıntıya məruz qalıb.

Nadir ağaclar

Zəngin flоra və faunaya malik Araz çayı hövzəsi Zəngilanın təbii sərvətləri sırasında özünə məхsus yеr tutur. 70 il SSRİ-nin sərhəd qоşunlarının nəzarətində оlan Azərbaycan-İran sərhəddindəki bu yasaqlıqda 1993-cü ilin оrtalarında Bəsitçay qоruğunun tərkib hissəsi kimi Arazbоyu qоruğu yaradılıb. Uzunluğu təqribən 50 km оlan qоruğun еni Araz çayının aхınına uyğun оlaraq 50 mеtrdən 250 mеtrə qədər dəyişir.

Bəsitçay Dövlət Təbiət qoruğunun sahəsinin 93,5%-ni çinar meşələri tutur. Onlar Bəsitçay və onun qolu Şıxavuzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də, qarışıq çinar meşəliyi yayılmışdı. Belə meşələrdə 1-ci mərtəbənin hündürlüyü 30-36 m, diametri 1,5-2 m, yaşı 250-300 il olan çinar ağacları, 2-ci mərtəbəni hündürlüyü 15-17 m, diametri 45-50 sm olan qoz, dağdağan və s. ağaclar, 3-cü mərtəbəni isə kollar təşkil edir.

16 əsr yaşı olan ağac

Bəsitçay Dövlət Qoruğunun direktoru Xuduş İsgəndərov rayonun 117 hektar meşə sahəsinin 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət qoruğuna aid olduğunu deyib. Onun sözlərinə görə, rayon ərazisində 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu olub.

“Bəsitçay qoruğu ərazinin fauna-floranın qorunması məqsədilə yaradılmışdı. Qoruğun 80%-i çinar ağaclarında ibarət olması bu ərazini daha dəyərli edirdi. İndi isə qoruğun 42 hektarında ermənilər qoşunlarını yeridiblər. Ağacları kəsərək başqa ölkələrə satırlar. Onların yerində narkotik vasitələr əkirlər. Qoruq ərazisindəki dəyərli qırmızı palıd ağacları İtaliya, Fransa kimi xarici ölkələrə satılır. Qoruqda 16 əsr yaşı olan çinar ağacları var idi”.

Direktorun sözlərinə görə, işğaldan əvvəl isə həmin qoruqları milli park kimi istifadə etməyi planlaşdırılmışdı.

Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə bir metrdir. Burada yaşı 1200-1500 ilə, hündürlüyü 50 metrə, diametri 4 metrə çatan çinar nümunələri də vardır. Qoruqda çinar meşəsinin orta boniteti 111,2, orta sıxlığı isə 0,43- dür. Meşənin ağac ehtiyatı hər hektarda 190 m3, ümumi ərazi üzrə isə 16200 m3 olmaqla, meşənin illik artımı 1 hektara 1,22 m3-ə çatır.

Bəsitçay Dövlət Təbiət qoruğunun sahəsinin 93,5%-ni çinar meşələri tutur. Onlar Bəsitçay və onun qolu Şıxavuzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də, qarışıq çinar meşəliyi yayılıb. Qarışıq meşələrdə qoz, dağdağan, tut, söyüd, qovaq və s. ağac, yemişan, itburnu, murdarca, qaratikan, kəndalaş və s. kollar təşkil edir. Belə meşələrdə 1-ci mərtəbənin hündürlüyü 30-36 m, diametri 1,5 – 2 m, yaşı 250-300 il olan çinar ağacları, 2-ci mərtəbəni hündürlüyü 15-17 m, diametri 45-50 sm olan qoz, dağdağan və s. ağaclar, 3-cü mərtəbəni isə kollar təşkil edir.

Essentuki - 4 suyuna uyğun su

Zəngilan rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsinin rəisi Zaur Nəcəfzadənin sözlərinə görə, rayonda 1200-dək büllur sulu təbii bulaqlar olub. İlkin hesablamalara görə, Zəngilan rayonunda yeraltı suların ehtiyatı 15,0 min m3/gündən çoxdur.

“Vejnəli ərazisində zəngin qızıl, əhəng, mərmər yataqları mövcud idi. Sovet dövründə bu yatağın istismarı ilə bağlı Nazirlər Kabinetin tərəfindən sərəncam imzalanıb, bütün infrasturuktur yaradılmışdı. İndi Ermənilər tərəfindən həmin yataqlar istismar edilir. Rayonun turizm imkanları geniş idi. Lakin Zəngilan deyəndə ilk ağıla gələn meşələr olur. 107 hektar ərazini əhatə edən Bəsitçay qoruğu nadir ağacları ilə zəngin idi”.

Z.Nəcəfzadənin sözlərinə görə, bu qədər geniş imkanları olsa da, rayonda turizm inkişaf etməmişdi. İşğaldan 4-5 il əvvəl “Qotursu” istirahət və sağlamlıq mərkəzi istifadəyə verilmişdi. “Qotursu” bulağı suyunun tərkibinə görə, 4 mənbədən ibarət olan Essentuki- 4 suyuna uyğun idi. İsğal baş verməsəydi, rayon və əhalinin gəlirləri xeyli yüksək olardı.

Onun sözlərinə görə, rayon ərazisinə dəyən ziyan təxmini olaraq hesablansa da, onlar itkilərin dəqiq ifadə etmir. Bu istiqamətdə araşdırmalar aparılır. Yaxın zamanda bu rəqəm daha dəqiq hesablanacaq.

Z.Nəcəfzadə onu da vurğulayıb ki, rayon ərazisindən Bakı - Yerevan dəmir yolu (Mincivandan Qafana yol ayrılır), İmişli - Laçın və Bakı- Şərur magistral şosse yolları keçirdi. Bu da gələcəkdə onun turizm potensialının daha da artmasına imkan yaradırdı.

Bəs bu qədər təbii sərvətləri, meşə və rəngarəng təbiətə malik Zəngilanın turizm imkanlarından necə istifadə edilib?

Zəngilanın turizm imkanları

Turizm üzrə ekspert Çingiz İsmayılovun sözlərinə görə, Zəngilan turizm baxımından inkişaf etməmiş bölgə idi. Çünki bunun üçün əlverişli imkanlar yaradılmamışdı.

“Bu bir tərəfdən rayonun ölkənin ucqar cənub-qərb hissəsi olması, digər tərəfdən sovet dövründə də bizimlə dost münasibəti olmayan Ermənistanla, cənub istiqamətində iqtisadi imkanları olmayan İranla qonşu olması idi. Rayonun dağlıq ərazidə yerləşməsi, nəqliyyat yollarının da inkişafına maneə olurdu. Yol və digər infrasturukturunun olmaması ənənəvi turizmin inkişafına maneə olurdu, qeyri-ənənəvi turizm sahələri həmin dövrdə aktual deyildi. Lakin bu, rayonun turizm imkanlarının zəif olmasını göstərmir”.

Ekspert onu da bildirib ki, Zəngilan turizm potensialı baxımdan Qarabağın digər rayonlarından geri qalmırdı:

“Xüsusən də, meşə, torpaq, su ehtiyatlarının zənginliyi baxımdan turizm industriyası üçün əlverişli sahə idi. İmkanlar yaradılsaydı, ekoloji, səyahət, idman, ev, fermer və digər qeyri-ənənəvi turizm sahələrini inkişaf etdirmək mümkün olar. Bunun üçün yüksək vəsaitə də ehtiyac yoxdur. Sadəcə, rayon mərkəzinə getmək üçün yol olmalıdır”.

Ç.İsmayılovun sözlərinə görə, Sovet dövründə Azərbaycanın bölgələrinin turizm imkanlarından geri qalması, ümumi siyasətin bir hissəsi idi. Azərbaycan digər respublikalar kimi iqtisadi baxımdan müstəqil deyildi və ayrılan vəsait təsərrüfat sahələri üzrə xərclənməli idi. Bu vəsait daha çox sənaye və kənd təsərrüfatına xərclənirdi:

“Ötən əsrin 80-ci illərin ortalarında Azərbaycanın turizmin inkişafı üzrə hazırlanmış dövlət proqramını Səhiyyə Nazirliyi həyata keçirirdi. Çünki burada əsas məsələ istirahət yox, müalicəvi pansionatların yaradılması idi. Bunu Dövlət Plan Komitəsi, İqtisadi və sosial inkişaf sturukturları etməli idi. Bu da turizmin öndə olmadığını göstərir”.

Ermənilər talan edir

Ermənilər hələ də Zəngilanın sərvətlərini talan etməkdə davam edir. 2002-ci ilin iyun ayının 10-da Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğın törədiblər. Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını tamamilə yandırıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar, şam ağaclarını qırıb-aparıblar.
Ermənilən gizli şəkildə Zəngilanın Vejnəli qızıl yatağından istifadə edirlər. Hazırda həmin ərazidə ermənilər tərəfindən işlər aparılır. Ölkəmizin, gələcək nəsillərin təbii sərvəti olan qızıl ehtiyatı talan edilir.

Vaxtilə Azərbaycanda yaşamış və Azərbaycanın İlan Zəhəri Herpitoloji laboratoriyasının ən fəal ilantutanı olmuş, hazırda Qarabağ ərazisində yaşayan Nikolay Babayan öz fəaliyyətini orada da davam etdirir. Belə ki, Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli rayonlarının zəngin herpitofaunasında əsas yer tutan gürzə ilanlarını tutmaqla məşğuldur. Ermənilər orada serpentari (ilan zəhəri laboratori­yası) təşkil edib, zəhər istehsalına başlayıblar.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm