Xaçmazda heykəl fəhlənin üstünə aşdı
Bizi izləyin

Qırmızı.az

Xaçmazda heykəl fəhlənin üstünə aşdı

Bu gün saat 10:40 radələrində Xaçmaz şəhərinin mərkəzində yerləşən Tarix Diyarşünaslıq Muzeyində faciəli hadisə baş verib.

Publika.az xəbər verir ki, “Şəxsiyyətlər Muzeyi”nin daxilindəki Tarix Diyarşünaslıq Muzeyində aparılan işlər zamanı heykəllərdən biri fəhlənin üstünə aşıb.

Xaçmaz sakinlərinin sözlərinə görə, fəhlə bu zərbədən ağır xəsarət aldığından dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanın kimliyi məlum deyil. Sakinlər qeyd etdilər ki, hadisə saat 11 üçün planlaşdırılan tədbirdən öncə baş verib.

Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsi olaydan məlumatsız olduqlarını bildirib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm