Azərbaycan gəncliyi ilə bağlı növbəti dövlət proqramı hazırlanacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycan gəncliyi ilə bağlı növbəti dövlət proqramı hazırlanacaq

Gələn il Azərbaycan gəncliyi ilə bağlı 2016-2020-ci illəri əhatə edən yeni dövlət proqramının hazırlanmasına başlanılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icra müddəti gələn il başa çatacaq. Gələn il nazirlik tərəfindən gənclərə yeni dövlət proqramının hazırlanması ilə bağlı çağırışlar ediləcək: "Gələn il gənclərə çağırışlar edəcəyik, mesajlarımızı göndərəcəyik ki, hansı sahədə problemlər görürlər. Bununla bağlı təkliflərini bizə versinlər".

İ.Babayev deyib ki, gənclər təhsil alacaqları ixtisasları seçməmişdən əvvəl əmək bazarını monitorinq etməli və tələbat duyulan ixtisaslar üzrə təhsil almağa üstünlük verməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm