Qırmızı.az
"Azəryolservis"ə sədr təyin olundu
Nəqliyyat naziri Ziya Məmmədov 10 fevral 2015-ci il tarixdə Saleh Ərşad oğlu Məmmədovun "Azəryolservis" ASC-nin sədri vəzifəsinə müvəqqəti təyinatı haqqında əmr imzalayıb.
Bu barədə Publika.az-a Nəqliyyat Nazirliyi
"Azəryolservis" ASC-dən məlumat verilib.
Saleh Ərşad oğlu Məmmədov 1975-ci ildə Azərbaycan İnşaat
Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil olub, 1980-ci
ildə təhsilini başa vuraraq inşaat-mühəndis ixtisasına yiyələnib.
Uzun müddət yol təsərrüfatının müxtəlif qurumlarında mühəndislikdən
rəis vəzifəsinədək yüksəılib.
1982-1993-cü illərdə “Yol Təmir Tikinti” Baş İdarəsinin 1 saylı
Yol Tikinti İdarəsində (YTİ) mühəndis, baş mühəndis, rəis,
1991-1993-cü illrdə 3 saylı YTİ-də rəis, 1995-2003-cü illərdə
“Azəravtoyol” Dövlət Şirkətinin Körpütikinti Trestinin rəis
müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən
4 saylı Yol İstismar İdarəsinin (Yİİ) rəisi, 1 saylı Yİİ-nin rəisi
vəzifəsində çalışıb. 2003-cü ildən hal-hazırkı vaxta qədər
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Bakı şəhər 1 saylı
Yİİ-nin rəisi vəzifəsində çalışıb.
S.Məmmədov 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub,
2012-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
Yol təsərrüfatındakı çoxşaxəli fəaliyyəti, qazandığı təcrübə, eyni zamanda, təşkilatçılıq bacarığı nəzərə alınaraq nəqliyyat naziri Ziya Məmmədovun 10 fevral 2015-ci il tarixli əmrinə əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədri vəzifəsinin müvəqqəti icrası Saleh Ərşad oğlu Məmmədova həvalə edilib.
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi