İllər üzrə 2018-in PROQNOZU: İt ilində bizi nə gözləyir?
Bizi izləyin

Qoroskop

İllər üzrə 2018-in PROQNOZU: İt ilində bizi nə gözləyir?

Çin təqviminə görə, 2018-in sahibi sakit və mehriban İt ili olacaq. Qarşıdakı il də sahibinin xarakterinə uyğun keçəcək. Astroloqlar iddia edir ki, İt ili bütün zodiak işarələrinə uğur və müvəffəqiyyət vəd edir.

Onların sözlərinə görə, 2018-ci il həm karyera yüksəlişi, həm şəxsi nailiyyətlər, həm də şəxsi həyatda müsbət hadisələrlə yadda qalacaq.

Publika.az oxucuları illərə əsasən 2018-ci ilin proqnozu ilə tanış edib.

Çin təqviminə əsasən sadiq və yüksək intellektli heyvan - İt bütün alçaldılmış və incidilmiş insanların köməyinə gələrək onları təhqir edənləri cəzalandıracaq. Onun gəlişi ilə dünyada, hətta düşmənçilik edənlər arasında da sülh və həmrəylik bərqərar olacaq. Astroloqlar bildirirlər ki, it ili sakit və qalmaqalsız ötüşəcək. O, müqavilələrin bağlanması, sülh və diplomatik əlaqələrin qurulması üçün ideal olacaq. Qarşıdakı il şəxsi həyatda da müsbət dəyişikliklər gətirəcək. Şərq təqviminə görə ümumlikdə 2018-ci il hər kəsi öz nikbinliyi və müsbət əhval-ruhiyyəsi ilə sevindiricəcək.

İt ili

2018-ci il İtlər üçün hər baxımdan uğurlu olacaq. Siz imicinizi dəyişmək qərarına gəlmisiniz? Peşənizi dəyişmək istəyirsiniz? Münasibətləri rəsmiləşdirmək arzusundasınız? İrəli! İlahi qüvvələr sizi bütün pisliklərdən qoruyacaq. Hərəkətə keçin!

Siçan ili

Siçan ilindən olanlar çox çalışmalıdır. Bu il sizin üçün çətin olacaq, amma əvəzində işin nəticəsindən razı qalacaq və özünüzü tam xoşbəxt hiss edəcəksiniz. Bu işdə 2018-ci ilin hamisi sizə kömək edəcək. Əsas odur ki, arzularınızı həyata keçirmək üçün öz qüvvələrinizi əsirgəməyin və az tənbəllik edin.

Öküz ili

Öküzlər üçün 2018-ci il pul gəlirlərinin artması və ya vəzifənin qaldırılması kimi sürprizlər hazırlayıb. Tənha Öküzlər noyabrda sevdiyi insanın ürəyinə "yol" tapacaq və həmin insanla gözəl ailə quracaqlar.

Pələng ili

Qarşıdakı il Pələnglərin öz potensialını reallaşdırılması və istedadlarının üzə çıxmasına imkan yaradacaq. İt Sizə kömək edəcək, odur ki, yeni və qəribə görünən addımlardan qorxmayın, arzuya doğru gedin!

Dovşan ili

Dovşan (Pişik) bütün ili hər bir işdə birinci olmağa və qələbə qazanmağa çalışacaq. Ən əsas odur ki, bu işin ləzzətini qaçırmayasınız, onda sizin zəhmətiniz mütləq mükafatlandırılacaq.

Əjdaha ili

Əjdahalar İt ilində yeni dostlar qazanacaq. Bu işarə altında anadan olan insanlardan hər kəs faydalı məsləhətlər istəyəcək və onların dediklərinə əməl edəcəklər. Sizi dinclik və nəciblik dalğası əhatə edəcək.

İlan ili

İlan ili altında dünyaya gələn insanlar üçün 2018-ci il özünü inkişaf planında qeyri-adi olacaq. Siz öz şəxsiyyətinizin yeni cəhətlərini aça, inkişafınıza mane olan mənfi aspektləri aradan qaldıra, eyni zamanda müdrik və səbrli olmağı öyrənə biləcəksiniz.

At ili

At ilindən olanları qarşıda sakit və xoş bir il gözləyir. Sizi heyrətləndirə biləcək yeganə problem səhhətinizlə bağlı ola bilər. Onunla zarafat etməyin. İt ili xəstəliklərin müalicəsini uzatmamağı məsləhət görür, bu məsələ sizin üçün 1-ci yerdə dayanmalıdır.

Keçi ili

Qarşıdakı il Keçilər üçün uğurlu keçəcək. Yeni ildə siz özünüzə daha əmin olacaq, emosiyalarınızı idarə edə edəcəksiniz. İlin ortası sizin üçün bir qədər qeyri-adi görüş hazırlayıb.

Meymun ili

Meymun ilindən olanlar yerində dayana bilmir, siz daim dəyişikliklər və macəra axtarışındasınız. Amma tale sizin üçün başqa planlar hazırlayıb. Sizin iliniz "Oxumaq, yenə də oxumaq” şüarı altında keçməyi vəd edir. Odur ki, yeni tanışlıq və görüşlər ikinci plana keçəcək.

Xoruz ili

Xoruzlar üçün ilahi qüvvələr olduqca gözlənilməz hədiyyə hazırlayıb, hansı ki, həyatlarını tamamilə dəyişdirəcək. Siz misilsiz imkanlar əldə edəcəksiniz, odur ki, bu şansı qaçırmayın!

Qaban ili

2018-ci il Qabanlar (Donuzlar) üçün yorucu olacağını vəd edir. Sizə məsləhət və kömək üçün çoxlu müraciətlər olunacaq. Bundan bəzən də yorulacaqsınız, amma ilin sahibi – İt sizə özünü ələ almağı tövsiyə edir, daha yaxşı olardı ki, istirahət üçün özünüzə vaxt ayırasınız.

Tərcümə: Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm