İdman
NBA finalından sonra yeniyetmə güllələndi
Nyu-Yorkda "Niks" komandasının NBA çempionluq seriyasındakı qələbəsindən sonra baş verən iğtişaşlar zamanı Tayms-skver rayonunda yeniyetmə odlu silahla yaralanıb.
Publika.az şəhər polisinə istinadla xəbər verir ki, atışma 43-cü küçə ilə Brodveyin kəsişməsində baş verib. Polis əməkdaşları 17 yaşlı zərərçəkəni xəstəxanaya çatdırıb, çünki təcili yardım maşınları tamamilə kütlə tərəfindən tutulmuş küçəyə daxil ola bilməyib.
Polis əməkdaşları hadisə ilə bağlı üç şübhəlini saxlayıb. Bundan əlavə, hüquq-mühafizə orqanları atəş açan şəxsin hadisə yerində qoyub getdiyi silahı müsadirə edib.
"Niks"in NBA çempionluq seriyasındakı qələbəsindən sonra Nyu-Yorkun küçələrində iğtişaşlar başlayıb. Azarkeşlərin sosial şəbəkələrdə qeyd etdiyinə görə, atlı polis şəhər küçələrinə çıxaraq hərəkəti bağlayan basketbol azarkeşlərini dağıdıb. Komandanın qələbəsini qeyd edən çoxsaylı insan kütləsi səbəbindən şəhərdə nəqliyyatın hərəkəti tamamilə dayanıb.
Qeyd edək ki, "Nyu-York" bu qələbəyə qədər NBA-da cəmi iki dəfə — 1970 və 1973-cü illərdə qalib gəlmişdi. Komanda ümumilikdə səkkiz dəfə NBA finalında oynayıb.
Hüseyn İbadlı
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
































