• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Özünüzü yorğun və halsız hiss edirsinizsə... – DİQQƏT

Özünüzü yorğun və halsız hiss edirsinizsə... – DİQQƏT

Son vaxtlar özünüzü heç bir səbəb olmadığı halda yorğun, halsız, əsəbi, yuxusuz və stressli hiss edirsiniz? Bəlkə də sizdə maqnezium çatışmazlığı var.

Publika.az maqnezium çatışmazlığının əlamətlərini və orqanizmi maqneziumla təmin etməyin yollarını araşdırıb:

Maqnezium orqanizm üçün ən önəmli minerallardan biridir. Əzələ və sinir sistemi fəaliyyəti üçün əvəzedilməzdir. Damarların elastikliyində və qan təzyiqinin stabilləşməsində mühüm rol oynayır. Həmçinin, hüceyrələrin yenilənməsi və böyüməsi üçün, həmçinin sümük və dişlərin möhkəmlənməsində kalsium önəmli yer tutur.

Maqnezium çatışmazlığı zamanı orqanizm aşağıdakı siqnalları verir:

- Halsızlıq və yorğunluq

- Ürək döyüntülərinin artması

- Başın hərlənməsi

- Tez özündən çıxma.

- Yuxusuzluq

- Xolesterinin yüksəlməsi

- Böyrək daşı və ya sidik yollarında qum və daş.

- Mensturasiya zamanı şiddətli ağrılar.

Mütəxəssislər bildirirlər ki, bəzi vərdişlər orqanizmdəki maqneziumun azalmasına səbəb olur.

Hamamda və saunada çox vaxt keçirmək, tərkibində yod olan dərmanlardan istifadə etmək, idmanla həddən çox məşğul olmaq maqneziumun səviyyəsinin düşməsinə gətirib çıxarır. Çünki tərlə birlikdə orqanizmdən külli miqdarda maqnezium da atılır.

Həmçinin, qara çay, qəhvə və spirtli içkilər də maqnezium düşmənidir. Duzdan çox istifadə edənlər və yalnız zülalla zəngin ərzaqlarla qidalananlar da maqnezium çatışmazlığı ilə üzləşə bilərlər.

Bəs, orqanizmi maqneziumla təmin etmək üçün hansı tədbirləri görmək lazımdır?

Çərəzlərin bir çoxu - badam, qoz, fındıq, fıstıq, kaju, qabaq tumu maqneziumla zəngindir. Mərci, noxud, quru lobya, bütöv dənli taxıllar, buğda kəpəyi, göyərtilər, banan, çiyələk, moruq, qarpız, qovun, xurma, əncir, şokolad və kakaoda da maqnezium var.

Bir çox ədviyyatlar da maqnezium ehtiva edir. Bunlardan ən faydalıları kəklikotu, qurudulmuş şüyüd, kərəviz toxumu, adaçayı, qurudulmuş xardal, razyana toxumu, xaşxaşdır.

Bu qidalardan istifadə edərək maqnezium çatışmazlığının qarşısını ala bilərsiniz.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR