Sosial
Pərviz Şahbazov: “Konkret hədəflərimiz var”
Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov
"Energetikalar günü" ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak
edib.
Publika.az xəbər verir ki, nazir bu gün Fəxri
Xiyabanı, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.
Jurnalistlərə açıqlama verən P.Şahbazov təbrikləri qəbul etdikdən
sonra yeni vəzifəsində görəcək islahatlardan danışıb:
"Çalışacağıq ki, bizə göstərilən etimadı gələcəkdə də doğruldaq.Qarşımızda konkret hədəflər var. Azərbaycanda uzun illərdir ki, islahatlar aparılır. Bu islahatların nəticələri çox mötəbər təşkilatların hesabatlarda öz əksini tapır. Energetika sahəsində də bir çox çağırışlar var. Bu çağırışlara cavab vermək üçün hər zaman dəyişikliyə ehtiyac var. Əgər bu yolda dəyişiliyə, islahata ehtiyac olsa, biz buna gedəcəyik".
Nazir, həmçinin qeyd edib ki, Azərbaycan öz öhdəliklərinə çox ciddi yanaşır, OPEC qarşısında götürdüyü öhdəliyi yerinə yetirir:
"Noyabrda nazirlər səviyyəsində iclas olacaq. Əgər biz də dəvət edilsək və rəhbərlikdən razılıq alsaq, iştirak edəcəyik".
P.Şahbazov qeyd edib ki, Azərbaycan neft qiymətlərinin stabil olmasında maraqlıdır. O, həmçinin yol xəritələri ilə bağlı danışarkən deyib ki, bu xəritələrin reallaşmasında nazirliyin qarşısında bir sıra öhdəliklər qoyulub:
"Kommunal xidmət sahəsində nazirlik qarşısında cəmi 20 tədbirin keçiriməsi öhdəlik kimi qoyulub. Bu il üçün 8 tədbirin görülməsi nəzərdə tutulub".
Könül
Fotolar: Elnur Muxtar
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika6 Noyabr 16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region6 Noyabr 11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya6 Noyabr 10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları









.jpg)

.jpg)




.jpg)



















.jpg)
