"Özünü olduğu kimi nümayiş etdirən bəylər diqqətimi çəkir"
Bizi izləyin

Tabloid.az

"Özünü olduğu kimi nümayiş etdirən bəylər diqqətimi çəkir"

Türkiyədə maraqla izlənən "Aramızda Kalsın" serialının baş qəhrəmanları Gökçə Bahadır və Cener Cindoruk "Marie Claire" jurnalına maraqlı müsahibə verib. Publika.Az həmin müsahibəni təqdim edir.

- Hər şeyi çətinliklə bəyəndiyinizi eşitmişdim. Hətta "Görəsən canlandırdığı obrazları kimi özü də sərt xarakterə malikdir?",-deyə düşünürdüm. Həyatda Gökçe Bahadır necə insandır?

Gökçə Bahadır: Yaşadığım mühitdəki enerjiyə görə dəyişən insanam. Əylənə bildiyim insanların yanında özümü çox rahat hiss edirəm. Əksi olduqda isə deyəsən bir az aqressiv oluram.

- Uzaqdan çox nizamlı, planlı təsiri bağışlayırsınız.

- Söhbət işdən gedirsə, bəli, çox nizamlıyam. Hər zaman birinci planda mənim kariyeram dayanır.

- Hazırda rol aldığınız "Aramızda Kalsın" serialındakı tərəf müqabilinin Caner Cindorukla aranızda gərginlik yaranırmı?

Caner Cindoruk: Heç bircə dəfə də aramızda problem yaranmayıb. Eyni düşüncədə olduğumuza görə aramızdakı münasibət daha da irəliyə doğru addımlanır.

Gökce Bahadır: Biz "Yaprak Dökümü"ndə tanış olduq. Serial bitdikdən sonra bir müddət görə bilmədik. Sonra qəribə də olsa eyni enerji ilə yenidən qarşılaşdıq.

Caner Cindoruk: Mən Adana şəhərində dünyaya gəlmişəm. 17 yaşımda İstanbula gəlsəm də, o şəhərin adət-ənənələri ilə yaşayıram. Canlandırdığım "Civan" obrazı da 17 yaşında Antepdən İtalyaya gedib.

- Adanalı kişilər çox sərt olur?

Caner Cindoruk: Sərt kişi hər yerdə var. Bunu coğrafi bölgülərlə dəyərləndirmək lazım deyil.

Gökçə Bahadır: Onların sadəcə adları çıxıb...

Caner Cindoruk: Biz tərəfin insanları çox səmimi və cana yaxındırlar, amma duyğuları çox tez-tez dəyişir.

Gökçə Bahadır: Bizdə çox işlənən "maço" sözünün mənasını heç mən bilmirəm. Məncə o xarakterə sahib kişilər qadınlara sahib çıxmağı sevirlər. Həddindən artıq sərt kişilər insanı narahat edir. Hər şey normada olmalıdır.

- Serialda canlandırdığınız "Civan" obrazı italyanca danışır. Bu dili öyrənibsiniz?

Caner Cindoruk: Xeyir, mətnə bir neçə gün əvvəldən hazırlaşıram və bu mənə kifayyət edir.

- Tamaşaçıların sizin adınızı eşitdikləri zamanı nə deməyini istəyərdiniz?

Caner Cindoruk: "Çox yaxşı aktyordu".

Gökçə Bahadır: Mənim üçün də həmçinin

- Eyni sualı sizin yaxınlarınıza versək, bəs necə?

Caner Cindoruk: "Çox yaxşı insandır",- deyə düşünmələrini arzu edərdim.

Gökçə Bahadır: Mənim kimin nə düşündüyünə çox əhəmiyyət vermirəm. İnsanların düşüncələrinə görə həyatımı yaşayan qadın deyiləm. Gökçə kimi necəyəmsə və daxilən necə davranmaq istəyirəmsə, o cür də yaşayıram.

- Onda siz yaxınlarınızı itirməkdən qorxmursunuz...

Gökçə Bahadır: Xeyir, qorxmuram. Birini itirirəmsə, deməli mən o itkini yaşamalıyammış. Nəyinsə üstünü örtmək sadəcə vaxtı uzadır, amma nəticədə həmin itkini yaşayacaqsan.

Caner Cindoruk: Mənim üçün yaxınlarımın düşüncələri önəmlidir. Həyatımı onlara görə yönləndirirəm. Məncə həyatı sadəcə öz düşüncələrimizi həqiqət kimi bilib yaşamaq olmaz. Bəli, mənim də xoş olmayan xüsusiyyətlərim var. Əsas odur ki, onları görüb müalicə edəsən.

- Ən sevmədiyiniz, sizə xoş gəlməyən xüsusiyyətiniz nədir?

Caner Cindoruk: Çoxdur. Ən böyüyü isə heç bir canlıya zərər verməyə qıymadığım halda tez əsəbiləşməyimdi. Bu xüsusiyyətimi də artıq tərgitmişəm.

Gökçə Bahadır: İlk ağlıma gələn səbirsiz olmağımdır.

- Baxımlı qadınları bəyənirsiniz, yoxsa təbii xanımları?

Caner Cindoruk: Mən dəbi izləmirəm. Ancaq geyimlərini özünə yaraşdırmağın tərəfdarıyam. Qadınlara gəldikdə isə nə geyinirlər geyinsinlər təbii görkəmlərini qorumalıdırlar. Çalışmalıdırlar ki, özlərinə xas olan ifadələrini heç vaxt itirməsinlər. Əsas təbii gözəllikdir.

- Siz bəylərin xarici görünüşünə diqqət edirsiniz?

Gökcə Bahadır: Hər xanım kimi mən də fikir verirəm. Təbbi bəyləri bəyənirəm. Özünü olduğu kimi nümayiş etdirən bəylər diqqətimi çəkir.

Çevirdi: DƏNİZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm