Gülyaz və Gülyanaq bacıları Türkmənistan prezidentinin ad günündə - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Gülyaz və Gülyanaq bacıları Türkmənistan prezidentinin ad günündə - EKSKLÜZİV

Bu barədə Publika.Az-a Gülyanaq Məmmədovanın həyat yoldaşı Ziya məlumat verib. O, bildirib ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun doğum günü münasibəti ilə Türkmənistanda keçiriləcək möhtəşəm tədbirə dəvət alıblar:


“Hazırda yoldayıq. İyunun 29-da möhtəşəm tədbir olacaq. Türkiyədən, Rusiyadan, ABŞ-dan müğənnilər gələcək. Azərbaycanı isə Gülyaz və Gülyanaq Məmmədovalar təmsil edəcəklər. Prezident şəxsən Türkmənistanın Bakıdakı rəsmi səfirliyi vasitəsilə dəvətnamə göndərib”.

Ziya onu da qeyd edib ki, iyunun 30-da Aşqabadda Gülyaz və Gülyanaq Məmmədovalar solo konsert proqramı ilə çıxış edəcəklər.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm